t s

» » Pəhləvanlar” kafesini pritona çevirən Habil və Qabil qardaşlarından XƏBƏR VAR

Pəhləvanlar” kafesini pritona çevirən Habil və Qabil qardaşlarından XƏBƏR VAR

11-09-2019, 12:45 Yazar:  Nuhu Baxılıb: 47 Çap et
Pəhləvanlar” kafesini pritona çevirən Habil və Qabil qardaşlarından XƏBƏR VARBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda yerləşən “Pəhləvanlar” kafesində əxlaqsızlıq yuvası təşkil etməkdə və narkotik vasitələrin satışında təqsirləndirilən Habil və Qabil qardaşları, onların ortağı Elçin Əzimlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Mediaxeberleri.az xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, hər üç şəxs 2019-cu ilin fevral ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən Abşeron rayonunda keçirilən əməliyyat nəticəsində saxlanılıb. Məlum olub ki, Q.Ramazanov işlətdiyi “Pəhləvan” kafesində xüsusi otaqlar düzəldərək orada qadınları fahişəliyə cəlb edib. Bu fəaliyyətdən əldə olunan gəlir isə qardaşlarla həmin qadınlar arasında bölünüb.

İstintaqın ilk mərhələsində Q.Ramazanov həbs edilib, qardaşı Habil və E.Əzimli isə polisin nəzarətinə verilməklə sərbəst qalıblar. Q.Ramazanov “Pəhləvanlar” kafesinin sahibi və dəstənin başçısı olub. O, saxlanılan zaman üzərindən külli miqdarda narkotik vasitə aşkar olunub.

Q.Ramazanov həm narkotik ticarəti, həm də insan alverində, əkiz qardaşı Habillə Elçin isə yalnız insan alverində ittiham edilirlər.

Bir neçə il əvvəl isə Q.Ramazanov başqa bir cinayət işində zərərçəkmiş kimi çıxış edib. O, evindən 200 min manat oğurlayan qardaşı oğlu Ümid Ramazanovun işində zərərçəkmiş kimi tanınıb.

Məlumata görə, Ramazanovlar 7 qardaşdırlar və hər biri idmançı-pəhləvan kimi fəaliyyət göstərib.

Xatırladaq ki, qardaşlar saxlanılmadan öncə dəfələrlə mətbuatda həmin məkanın əxlaqsızlıq yuvası olması haqda materiallar yayılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az