t s

» » “Unibank”dan Gömrük kartı almaq üçün beş səbəb

“Unibank”dan Gömrük kartı almaq üçün beş səbəb

11-09-2019, 12:17 Yazar:  Firuzə Baxılıb: 47 Çap et
“Unibank”dan Gömrük kartı almaq üçün beş səbəb“Unibank” gömrük rüsumlarını çox rahatlıqla ödəmək üçün biznes sahiblərinə sərfəli Gömrük kartları təklif edir.

Kart Azərbaycan Respublikasının ərazisindəki gömrük terminallarında vergi və rüsumların sürətli və asan ödənişini həyata keçirmək üçündür. Sahibkar karta öz vəsaitini daxil edərək, ödənişlərini həyata keçirə bilər.

Son zamanlar şirkətdaxili maliyyə təhlükəsizliyi prinsipini gücləndirən sahibkarlar üçün Gömrük kartı son dərəcə münasib kartdır. Çünki bu kart vasitəsilə yalnız gömrük orqanında gömrük rüsumlarını ödəmək mümkündür,vəsaitin nağdlaşdırılması imkanı yoxdur. Üç illik olan Visa növlü Gömrük kartlarının qiyməti cəmi səkkiz manatdan başlayır.

“Unibank”dan Gömrük kartı almağın üstünlükləri:

- Gömrük ödənişlərini şirkətin digər xərclərindən ayırmasına imkan verir;

- Hökumət Ödəniş Portalında və Gömrük məntəqələrində vergilərin və rüsumların kartla asan və sürətli ödənişini həyata keçirmək imkanı yaradır;

- İnternet Banking vasitəsi ilə ödəniş əməliyyatlarını rahat formada izləmək, hesabatlıq və təhlil sistemini yaratmağa şərait yaradır, mühasibatlıq sahəsində iş yükünü azalır;

- İş yerini tərk etmədən, günün istənilən vaxtı internetin olduğu hər yerdən gömrük ödənişləri imkanı yaratmaqla, vaxta qənaət etdirir;

- Şirkətdaxili maliyyə təhlükəsizliyi baxımından daha təhlükəsiz kart olması

“Unibank” geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank - biznes mərkəzi”nə, eləcə də, “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından

https://www.unibank.az/az/corporate/index əldə etmək olar.

“Unibank” - Biznesinizə daimi dəstək!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
10:49 Azərbaycanlı hakerlər Ermənistanın 41 səfirliyinin saytını dağıtdı “Anti-armenia Team” adlı Azərbaycanlı hakerlər qrupu Ermənistanın bütün səfirliklərinin, beynəlxalq təşkilat nümayəndəliklərinin saytlarını dağıdıb. Mediaxeberleri.az xəbər verir ki, dağıdılan saytlardan 41-i səfirliklərə, 6-sı beynəlxalq təşkilat nümayəndəliklərinə aiddir. Dağıdılan saytlarda

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az