t s

» » Altı rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

Altı rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

11-09-2019, 11:51 Yazar:  Firuzə Baxılıb: 42 Çap et
Altı rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıbBu il ərzində işlərinə yol verdikləri nöqsanlarına görə altı rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb və əmək müqavilələrinə xitam verilib.

Mediaxeberleri.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzi hallarda təhsildə qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir:

"Bir il bundan əvvəl keçirilən analoji konfransda bu istiqamətdə olan məsələnin üzərində çox dayanmadım. Bu məsələlərin növbəti tədris ilərində aktual olmaması və müzakirə predmetinə çevrilməsinə ehtiyac olmamasını arzu edirəm. Təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqin tapıb" .

Nazir bildirib ki, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və üç nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbərləri işlərində verdiyi nöqsana görə intizam tədbirləri tətbiq edilib:

"Nöqsanlara görə səkkiz nəfər məktəb direktoru, altı nəfər direktor müavini müqaviləsinə xitam verilib. 29 nəfər direktor və 37 nəfər direktor müavini intizam tədbirləri tədbiq edilib.

80 nəfər məktəb direktorunun əmək müqaviləsinin müddəti qurtaran zaman növbəti dəfə əmək müqaviləsinin uzadılması barədə qərara alınarkən davamlı şəkildə nəticələrin aşağı olması onların müqavilələrin uzadılmamasına qərar verilib.

Yeddi hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
12:17 ŞOK: İcra hakimiyyətləri, nazirliklər və digər dövlət qurumları BÜDCƏNİ BELƏ YEYİBLƏR - RƏSMİ İTTİHAM Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Mediaxeberleri.az xəbər verir ki, hesabat dövründə tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının
16:34 Təhsil və maliyyə sistemində Bayramovlar kabusu: - dövlətə qarşı dövlətin içində… Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağı haqda ehtimallar təsdiqlənir. Artıq bir neçə strukturda ciddi kadr dəyişikliyi aparılıb. Öncədən də bəlliyidi ki, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və
20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,
22:15 Dövlət başçısı İlham Əliyev 10 sərəncam imzaladı Prezident İlham Əliyev “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az