t s

» » DYP-dən “Diqqət uşaqlar!” adlı tədbir

DYP-dən “Diqqət uşaqlar!” adlı tədbir

11-09-2019, 11:42 Yazar:  Firuzə Baxılıb: 39 Çap et
DYP-dən “Diqqət uşaqlar!” adlı tədbirDİN Mətbuat Xidmətinin Quba regional qrupundanMediaxeberleri.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

“Diqqət uşaqlar!” adı altında keçirilən tədbirdə polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən təhsil müəssisələrinin qarşısında, eləcə də məktəblilərin hərəkət marşrutlarında bir sıra işlər görülüb. Bura qeyd olunan ərazilərdə yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər daxildir.

Bundan əlavə DYPB əməkdaşları tərəfindən təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi daşıyan maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:33 Yol polisi saxlayan zaman sürücülərin əzbər bilməli olduğu 10 bənd - Tural Yusifov yazır... Dövlət yol polisinin inspektoru sənin qanunu pozduğunu bildirir, sən isə əksini düşünürsən. Bu mübahisəni sonlandırmaq üçün mütləq ya kitaba baxmalısan, ya da internetdə axtarış etməlisən. Amma yaxşı olar ki, bir neçə maddəni əzbər biləsən. Nəzəri olaraq, sürücü YHQ-nin bütün maddələrini əzbər
14:47 Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib 15.03.2019-cu il tarixdə Qazaxda fəaliyyət göstərən şəhər bağçaları arasında ikinci dəfə olaraq ilin ən yaxşı bağçasının müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və
13:13 Piyada keçidlərini qaçaraq keçməyə məcbur qalırıq - ŞƏRH Bakı şəhərində piyada keçidləri bir çox halda səhv təşkil olunub və piyadaların rahat və təhlükəsiz hərəkəti təmin edilməyib. Paytaxtın əksər istiqamətlərində piyada keçidinin olduğunu göstərən nişanlar qoyulsa da, işıqlandırma yoxdur, asfalt örtüyü üzərindəki zolaqlar isə, demək olar ki görünmür.
21:20 Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək... Böhran Azərbaycanda dövlət qurumlarında struktur islahatlarını qaçılmaz edib. Artıq bu islahatların ilk addımları atılmağa başlayıb. Bir çox nazirlik və komitələrin yenidən formalaşdırılması, ştat vahidlərinin ixtisar edilməsi, idarəetmənin sadələşdirilməsi proseslərinin şahidi olmaqdayıq.
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az