t s

» » Gazprom-un Şimal Axını ilə qaz göndərişi məhdudlaşdırılır

Gazprom-un Şimal Axını ilə qaz göndərişi məhdudlaşdırılır

11-09-2019, 09:50 Yazar:  Firuzə Baxılıb: 47 Çap et
Gazprom-un Şimal Axını ilə qaz göndərişi məhdudlaşdırılırGazprom şirkəti sentyabrın 10-da bildirib ki, Opal kəməri ilə qaz göndərişlərini məhdudlaşdıran məhkəmə qərarının hüquqi və kommersiya fəsadlarını təhlil edir. Bu kəmər Almaniyanı Rusiyanın Gazprom dövlət şirkətinə məxsus Şimal Axını kəmərilə birləşdirir. Xəbəri “Reuters” yayıb.

Avropa Birliyinin Luksemburqda yerləşən ali məhkəməsi sentyabrın 10-da çıxardığı qərarla Opal ilə qaz nəqlini məhdudlaşdırıb. Bu, Avropa Komissiyasının 2016-cı ildə verdiyi qərarın ləğvi deməkdir.

AB-nin Baş Məhkəməsi belə bir qənaətə gəlib ki, Avropa Komissiyası qərarının Polşanın qaz təchizatının təhlükəsizliyinə təsirini dəyərləndirməyib və buna görə də qəbul etdiyi qərarla AB-nin “enerji həmrəyliyi prinsipi”ni pozub.

Ukrayna və Polşa bu qərarı qələbə sayırlar, onun özəlliklə Kiyev üçün qaz böhranının mümkünlüyünü azaltdığını deyirlər. Bu qərar Rusiyayla gələcək enerji danışıqlarında Ukraynaya üstünlük verəcək.

AB, Ukrayna və Rusiyanın təmsilçiləri sentyabrın 19-da Brüsseldə danışıqlar aparacaq, Kiyevin Rusiyayla qaz tranziti kontraktının mümkün uzadılmasını müzakirə edəcəklər. Bu sazişin müddəti yanvarın 1-də bitir.

Gazprom isə 2020-ci ilin yazınadək Şimal axını-2 layihəsini tamamlamağa çalışır və bundan sonra tranzit üçün Ukraynanın kəmərlərinə ehtiyacı qalmaya bilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
22:09 "Azəriqaz" sahibkarların qənimi rolunda... - ARAŞDIRMA Bugünlərdə redaksiyamıza adının çəkilməsini istəməyən iş adamı tərəfindən şikayət xarakterli müraciət daxil olub. SOCAR-ın (Dövlət Neft Şirkəti) nəzdində fəaliyyət göstərən "Azəriqaz" İstehsalat Birliyindən (İB) gileylənən iş adamı bildirib ki, adıçəkilən qurum tərəfindən ünvanlanmış "Qaz
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az