t s

» » Aşura mərasimində daha bir xoşagəlməzlik – kiçik uşaqları da valideynlər mərasimə “dartır”

Aşura mərasimində daha bir xoşagəlməzlik – kiçik uşaqları da valideynlər mərasimə “dartır”

10-09-2019, 22:15 Yazar:  Firuzə Baxılıb: 126 Çap et
Aşura mərasimində daha bir xoşagəlməzlik – kiçik uşaqları da valideynlər mərasimə “dartır”
“Uşaqların, körpələrin dindar valideynləri tərəfindən Aşura mərasimlərinə aparılması yaxşı hal deyil”


Valideynlər bəzən uşaqlarla barədə qərar verdikdə bununla bağlı onların fikirlərini öyrənmək istəmirlər. Uşağın könlü oldu-olmadı, onlarla istədikləri kimi davranırlar. Uzağa getməyək, elə götürək uşaqların məcburi şəkildə Aşura mərasimlərinə aparan valideynləri. Çoxlarımız Aşura günü metroda, avtobusda başı hicablı 6-10 yaşlı qızlara, qoluna qara bağlamış oğlan uşaqlarına rast gəldik. Onları ata və anaları özləri ilə Aşura mərasimləri keçirilən məscidlərə çəkib aparırlar.

Soruşa bilərsiniz ki, burada pis nə var, uşaqlar indidən dini dəyərlərimizə sahib çıxmağı öyrənirlər. Burada pis heç nə olmasa da, uşaqların məcburi qaydada bu şəkildə məscidlərə aparılması narahatlıq doğurur. Uşaqlar, ümumiyyətlə, Aşuranın nə olduğunu anlamaq dərəcədə yetkin deyillər. Bu mənada belə günlərdə onların məscidlərə aparılması, burada mərsiyələrə qulaq asdırılması uşaqların özlərinə də mənfi təsir göstərməyə bilmir. Əlbəttə, hər bir müsəlman mömin olmalıdır və Allahın kitabında buyurulanları icra etməlidir. Ancaq bu kimi halları dərk etdikdən sonra.

Onu da qeyd edək ki, bəzən valideynlər uşaqlarını, hətta körpələrini belə gecə saatlarında da məscidlərə aparır və onlar burada mərsiyələrə, nöhələrə qulaq asırlar. Başdan-başa hüznlə müşayiət edilən bu mərasimlərdə uşaqlar gizlin də olsa vahimə və qorxu yaşayırlar.

Onu da bildirək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da gecə vaxtı uşaqlarını məscidlərə gətirən valideynlərlə bağlı fikir bildirib. O qeyd edib ki, körpələri məscidlərdəki gecə mərasimlərinə apararkən diqqətli olsunlar. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda "Dini etiqad azadlığı haqqında” Qanun birbaşa vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir. Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında” Qanun Azərbaycandakı bütün dini mərasimləri tənzimləyir: "İslama görə, məscidlərə gəliş sərbəstdir. İslam dininin qadağa qoymadığı məsələ yoxdursa, dövlət buna qarışmır. Ona görə də vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu da onun öz seçimidir.

Sadəcə olaraq, biz tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdırlar” - deyə komitə sədri qeyd edib.

Fatimə Hacıbəyli: “Son dövrlər həqiqətən də nəinki uşaqlar, eləcə də bir neçə aylıq körpələr valideynləri tərəfindən Aşura mərasimlərinə aparılır”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bizimlə söhbətində qeyd etdi ki, bəzi valideynlərin uşaqlarını Aşura və digər kütləvi mərasimlərdə gecə saatlarında məscidlərə aparması doğru deyil. O hesab edir ki, uşaqlarımız dinimizi öyrənməlidirlər, amma zamanı çatdıqda. “Bilirsiniz ki, Azərbaycanda dini etiqad azadlığı var və bu gün istənilən dinin təmsilçisi özlərinə aid olan dini ocaqlarda ibadətlə məşğul olurlar. Azərbaycanda sağlam dini mühit mövcuddur. Bu gün Azərbaycan ailələrində dinə meyl yüksələn xətt üzrə gedir. Burada mənfi heç nə yoxdur. Problem odur ki, bəzi dindar valideynlər uşaqlarını zorən qara çadraya bürüyür və onlara azad seçim imkanı etmək şansı vermirlər. Bu mənfi haldır. Son dövrlər həqiqətən də nəinki uşaqlar, eləcə də bir neçə aylıq körpələr valideynləri tərəfindən Aşura mərasimlərinə aparılır. Əksər uşaqlar bu mərasimlərə könüllü şəkildə getmir, valideynlər onları məcburən aparırlar. Görürsən ki, ictimai nəqliyyatda ata və ananın yanında kiçik yaşlı uşaqlar belə mərasimlərə gedirlər. Deyim ki, ağlaşma, kədər olan yerə uşaqların aparılması düzgün deyil. Bilirsiniz ki, Aşura mərasimləri Azərbaycanda xüsusi şəkildə qeyd edilir. Burada mərsiyələr, nöhələr oxunur, ağlaşma olur. Bu da sözsüz ki, uşaqlara mənfi təsir edir. Biz deyirik ki, uşaqları kədərdən, hüzndən uzaq tutmaq lazımdır və bu kimi amillər uşaqların psixikasına ciddi zərər vurur. Xüsusən də gecə saatlarında uşaqların Aşura mərasimlərinə aparılması düzgün deyil. Ola bilsin ki, kimlərsə bu fikri narazılıqla qarşılayacaq. Amma körpələr, uşaqlar ağrı-acıdan, göz yaşından, hüzr mərasimlərindən uzaq tutulmalıdır. Uşaqların, körpələrin dindar valideynləri tərəfindən Aşura mərasimlərinə aparılması yaxşı hal deyil. Düzdür, bu, valideynin seçimidir, amma onlar uşaqlara münasibətdə həssas olmalıdırlar”.

F.Hacıbəyli qeyd etdi ki, bu kimi hallar uşaqlarda bəzi ifrat radikal fikirlərin də formalaşmasına səbəb olur. O bildirdi ki, İmam Hüseyn islam şəhidliyinin ən ünlü simasıdır və haqq-ədalət simvollarından biridir. “Uşaqlar böyüdükdən sonra Aşura mərasimlərinə gedər və orada İmam Hüseyn ucalığı, onun əzəməti və qəhrəmanlığı ilə tanış ola bilərlər. Hələlik isə onların bu mərasimlərə getməsi doğru deyil” - deyə müsahibimiz vurğuladı.

Leyla QARAXANLI




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az