t s

» » "Azsığorta"nın sədri məhkəməyə verildi

"Azsığorta"nın sədri məhkəməyə verildi

10-09-2019, 20:40 Yazar:  Firuzə Baxılıb: 59 Çap et
"Azsığorta"nın sədri məhkəməyə verildi
Bir neçə istehlakçı, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər "Azsığorta” ASC-nin onlarla ədalətli rəftar olunmamasından, sığorta hadisəsi ilə bağlı zərərlərini vaxtında və ədalətli qiymətləndirilməməsindən, sığorta tələbi üzrə sığorta ödənişlərini mümkün olan ən tez müddət ərzində ödənilməməsindən, həmçinin müraciətlərə vaxtında baxılıb həll edilməməsindən sığorta sahəsi üzrə ekspert və hüquqşünaslar İlkin İbrahimova və Tural Şükürova şikayət edib.


Bununla bağlı Sığorta Hüquqpozmalarından Müdafiə birliyindən məlumat verilib.

Sözügedən şikayətləri araşdırmaq və informasiya əldə etmək məqsədilə sığorta şirkətinin və onun Direktorlar Şurasının sədrinin müvafiq vəzifələrinin həyata keçirilməsi barədə "Azsığorta” ASC-yə vəkil sorğusu göndərilib.

Bununla bağlı, "Azsığorta” ASC-ni İdarə Heyəti tərəfindən hazırda müəyyən olunmuş nöqsanların (müvafiq təlimatın olmaması, müştərilərlə (istehlakçılarla) ədalətli rəftar olunmaması və s.) aradan qaldırılması üzrə işlərin getməsi haqqında şifahi məlumat verilib.

Lakin sorğu məzmunu üzrə rəsmi olaraq cavablandırılmamış, yalnız ümumi sözlərlə "kommersiya və sığorta sirri” haqqında cümlələr yazılmaqla məsələyə aid olmayan məktub göndərilib.

Bununla da qanunun tələbi pozularaq, hüquqşünaslara peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq üçün şərait yaradılıb.

Hüquqşünaslar da sığorta şirkətini və onun Direktorlar Şurasının sədri Viladi Maniyevi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verib.

Xatırladaq ki, müştərilərlə ədalətli rəftar olunması, o cümlədən, onlara müvafiq məlumatların verilməsi, şəxsi məlumatlarının məxfiliyinin bu qanuna uyğun olaraq qorunması, sığorta hadisəsi ilə bağlı zərərlərin vaxtında və ədalətli qiymətləndirilməsi, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin sığorta tələbləri üzrə sığorta ödənişlərinin mümkün olan ən tez müddət ərzində ödənilməsi, həmçinin sığortalıların və digər müştərilərin şikayətlərinə vaxtında baxılıb həll edilməsi üzrə təlimatı təsdiq etmək (Qanunun 30.1.3-cü maddəsi) və sığortaçının Qanunun 30.1.1-30.1.6-cı maddələrində nəzərdə tutulmuş siyasətə, strategiyalara və təlimatlara ciddi riayət etməsinə, şəraitin dəyişməsi nəzərə alınmaqla bu sənədlərə mütəmadi qaydada yenidən baxılmasına daimi nəzarəti həyata keçirmək (Qanunun 30.1.7-ci maddəsi) Sığortaçının Direktorlar Şurasının 195 417 (yüz doxsan beş min dörd yüz on yeddi) manat maaş alan sədrinin bilavasitə vəzifələridir. (Qaynarinfo)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az