t s

» » Erməni bayrağına bürünən 3 manatlıq kitablar: - Mətbəə "yoxa çıxıb"

Erməni bayrağına bürünən 3 manatlıq kitablar: - Mətbəə "yoxa çıxıb"

10-09-2019, 18:40 Yazar:  Firuzə Baxılıb: 32 Çap et
Erməni bayrağına bürünən 3 manatlıq kitablar: - Mətbəə "yoxa çıxıb"
Azərbaycanda bəzi dərsliklərin Ermənistan bayrağının fonunda çap olunması məsələsi yenidən gündəmə gəlib.

Milli Məclisin deputatı Naqif Həmzəyev özəl nəşriyyatlar tərəfindən çap edilən dərs vəsaitlərinin xalqımızın, millətimizin tarixinə, mənəviyyatına uyğun olmadığını bildirib:


“Ali məktəblərə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üzlüyünün dizaynı, eləcə də ibtidai sinif dərsliyində cədvəlin Ermənistan bayrağı fonunda tərtib olunması doğru deyil. Deputat dərsliklərin təlim-tərbiyə ilə yanaşı milli məqsədlər, mənafelər əsasında qurulmalı olduğunun vacibliyini də vurğulayıb. Eyni zamanda qeyd edib ki, aidiyyəti qurumlar bu məsələyə laqeyd qalmamalıdır”.

Cebhe.info əməkdaşı “Azərbaycan tarixi” məlumat kitabının harada və hansı qurum tərəfindən çap edilməsi ilə bağlı kiçik araşdırma aparıb.


Məlum olub ki, ali məktəbə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabı "Didaktika" nəşriyyatı və Dövlət İmtahan Mərkəzi tərəfindən (keçmiş TQDK) ali məktəblərə qəbul proqramı əsasında hazırlanıb. Kitab 3 AZN-ə satılır. Kitabın üz qabığı qırmızı, göy və sarı rənglərlə dizayn edildiyindən Ermənistan bayrağına bənzəyir. Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur.

Onu da qeyd edək ki, kitabın üzərində mətbəənin adı yoxdur. Sadəcə, bir telefon nömrələri qeyd olunub. Həmin telefon nömrələri ilə əlaqə saxlamaq cəhdlərimiz isə heç bir nəticə vermədi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:14 MİLLİ BAYRAĞIMIZ HAQDA NƏ BİLİRİK? Azərbaycan türk bayrağının mənəvi – ideoloji mənası Hər bir millətin bayrağı (sancağı) onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür,
21:16 Naqif Həmzəyev tariximizdən xəbərsizdir - İTTİHAM Qeyri hökümət təşkilatının rəhbəri Vüsalə Hüseynli, Gəncə şəhərində tədbir keçirəndə,Gəncə Şəhərindən deputat seçilən Naqif Həmzəyevə sual verib, Naqif müəllim “Rəsulzadənin büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz? Naqif Həmzəyev özünə məxsus cavab verib... - Rəsulzadə
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az