t s

» » Ana qüsurlu doğulan körpəsini pəncərədən atdı

Ana qüsurlu doğulan körpəsini pəncərədən atdı

10-09-2019, 17:43 Yazar:  Firuzə Baxılıb: 49 Çap et
Ana qüsurlu doğulan körpəsini pəncərədən atdıÖzbəkistanın şərqindəki Namanqan bölgəsində qadın qüsurlu doğulan qız uşağından xilas olmaq məqsədilə özünün və başqasının uşağını doğum evinin pəncərəsindən atıb.

İlkin məlumatda bildirilir ki, 9 sentyabr saat 04:30 radələrində Namanqan bölgəsində yerləşən doğum evinin arxa həyətində ağır xəsarətlərlə iki yeni doğulmuş qız uşağı tapılıb. Körpələr xəstəxananın xüsusi reanimasiya şöbəsinə yerləşdirilsələr də, onları xilas etmək mümkün olmayıb.

Baş Prokurorluqdan bildirilib ki, ilkin istintaq zamanı xəstələrdən birinin doğulan qız övladının ayağında qüsur olması səbəbindən ondan xilas olaraq cinayətin üstünü örtmək istədiyi müəyyən olunub. O, doğum evinin ikinci mərtəbəsindən öz körpəsini və onunla eyni palatada olan başqa bir qız uşağını pəncərədən atıb.

Faktla əlaqədar rayon prokurorluğundan bildirilib ki, ananın körpəsinə qarşı "qəsdən adam öldürmə" və doğum evinin məsul şəxslərinə qarşı "peşə vəzifələrini lazımınca yerinə yetirməmək" maddələri ilə cinayət işi başlanılıb.

Açılan cinayət işi ilə bağlı ananı 15 ildən 25 ilə, məsul şəxsləri isə beş ildən səkkiz ilə qədər həbs gözləyir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az