t s

» » Hansı məhsullar bahalaşıb? - RƏSMİ

Hansı məhsullar bahalaşıb? - RƏSMİ

10-09-2019, 17:12 Yazar:  Firuzə Baxılıb: 27 Çap et
Hansı məhsullar bahalaşıb? - RƏSMİ2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz bahalaşıb.

Mediaxeberleri.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşıb.

Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

Ay ərzində pasterizə olunan üzlü südün, qarğıdalı yağının, limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, quru noxudun, mərcinin, arağın, energetik içkilərin qiymətlərində ucuzlaşma olub.

Düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, sterilizə olunan üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, zeytun və günəbaxan yağlarının, quru lobyanın, şəkər və şəkər tozunun, təbii balın, dondurmanın, çayın, mineral suların, kola içkisinin, limonadın, meyvə şirəsi və pivənin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:24 Qiymətlər dəyişdi - Nə bahalaşdı, nə ucuzlaşdı? 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb.
22:38 XƏSTƏLİK və ÖLÜM GƏTİRƏN İÇKİLƏR! – “Bizon”, “Red Bull” və “Hell” içkilərin tərkibi… Energetik içkilərə öküz sidiyi və spermasından əldə edilən bir maddə əlavə edilir Nəhayət, energetik içkilərlə bağlı rəsmi xəbərdarlıq edildi. Belə ki, Qida Təhlükəsizliyi Agentliyi bəyanat yayaraq energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların,
13:50 Dövlət Komitəsi bahalaşan ərzaq mallarının adlarını açıqladı 2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artıb. Mediaxeberleri.az xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq
20:01 Azərbaycanda bu məhsullar bahalaşıb – SİYAHI 2015-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib. Ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri
14:32 Ərzaq məhsulları bahalaşıb DSK məlumat yaydı. 2015-ci ilin aprel ayında ərzaq məhsullarının qiymətləri 0,5% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9% ucuzlaşıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2%

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az