t s

» » Millimiz baş məşqçisiz qaldı

Millimiz baş məşqçisiz qaldı

9-09-2019, 14:44 Yazar:  Firuzə Baxılıb: 45 Çap et
Millimiz baş məşqçisiz qaldıQadın voleybolu üzrə millimiz baş məşqçisiz qalıb.

Mediaxeberleri.az xəbər verir ki, italiyalı baş məşqçi Covanni Kaprara müqaviləsi başa çatdığından ölkəsinə qayıdıb.

Azərbaycan Voleybol Federasiyasından bu xəbəri təsdiqləyiblər:

"Bəli, Kaprara ilə müqaviləmiz qısamüddətli idi və başa çatıb. Ancaq onunla yeni müqavilə bağlanıb-bağlanmayacağı barədə dəqiq məlumat verə bilmərik. Hazırda yığma komandalar fasilədədir.

Komandamız Avropanın ilk "10-luğ"una düşdüyündən yanvarda qitənin digər yeddi komandası ilə Olimpiadaya vəsiqə üçün bir yer uğrunda mübarizə aparacaq. Bu səbəbdən həmin tarixə hələ çox vaxt qaldığından yeni baş məşqçimizin kimliyi hələ aktual deyil".

Qeyd edək ki, Covanni Kaprara millimizin başına may ayında keçmişdi. Təcrübəli mütəxəssis Avropa Liqasında, Braziliyada keçirilən Olimpiya lisenziyalı turnirdə və Avropa çempionatında komandaya baş məşqçilik edib. Komandamız ilk iki turnirdə uğursuz olsa da, qitə birinciliyində 1/8 finaladək irəliləmişdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:38 Qılıncoynatma üzrə millimiz Antalyada Avropa çempionatına hazırlaşır Son illər qılıncoynatma idman növü ölkəmizdə sürətlə inkişaf edir. Mediaxeberleri.az xəbər verir ki, 2017-ci ilin sentyabrından federasiyada baş verən dəyişikliklərdən sonra bu idman növündə yaşanan canlanma göz önündədir. İki ilə yaxın müddətdə Azərbaycan Texniki Universitetinin İdman Sarayında
20:19 Ağstafa rayon məktəbliləri arasında Voleybol yarışı keçirildi Ağstafa rayon məktəbliləri arasında Voleybol yarışı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, Ağstafa şəhər 1 saylı tam orta məktəbin idman zalında 5 Mart Bədən tərbiyəsi və idman günunə həsr olunmuş rayonun məktəbli komandaları arasında Voleybol idman növü üzrə rayon birinciliyi keçirildi.
10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan
07:58 Xaricdə tər axıdan azərbaycanlı İDMANÇILAR Bir neçə gün bundan əvvəl Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyevin Londonda keçirilən atletika üzrə dünya çempionatında qızıl medal alması hər iki qardaş ölkənin ümumi sevincinə çevrildi. Doğrudur, ortada təəssüfləndirici meyarlar da var idi ki, bu da xüsusilə Azərbaycan mediasında
23:06 Azərbaycanın Olimpiya yığmasının ümumilikdə 18 medal əldə etməsi çox gözəl nəticədir Firdovsi Umudov: Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən uğurlu idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib Müsahibimiz Azərbaycanın sərbəst

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az