t s

» » Məşhur azərbaycanlı repçi Kiyevə köçür

Məşhur azərbaycanlı repçi Kiyevə köçür

8-09-2019, 17:40 Yazar:  Firuzə Baxılıb: 50 Çap et
Məşhur azərbaycanlı repçi Kiyevə köçür Mən tez-tez Kiyevdə oluram. Yaratmaq, ilham almaq üçün buraya gəlirəm. Ukraynanı bəyənirəm, bu ölkəyə qarşı çox xoş hisslərim var. Burada yaradıcılıq axını daha yaxşıdır.

Bu sözləri məşhur Azərbaycan əsilli qazaxıstanlı repçi Cah Xalib (Bəxtiyar Məmmədov) “YouTube” kanalında yayımlanan "Şayiə var" proqramında deyib.

Xalib əvvəl Moskvada yaşasa da, bu, onun həyatına və işinə mənfi təsir göstərirmiş.

"Mən əvvəllər Moskvada yaşayırdım, orada mənim üçün çətin idi. Kiyevə gəldim, albomu yazmaqda davam etdim və hər şey dərhal öz yoluna düşdü. Kiyevi yaradıcı Məkkə hesab edirəm. Moskva sadəcə mənim şəhərim deyil, Kiyevdə, Ukraynada özümü rahat hiss edirəm", - deyə repçi bildirib.

Qeyd edək ki, 24 yaşlı Cah Xalib son illərin ən uğurlu qazaxıstanlı ifaçılarından biridir. Repçi həm də “beatmaker”, müğənni və prodüserdir. Anası qazax, atası isə azərbaycanlıdır. O, bir neçə dəfə paytaxtımızda keçirilən “Jara” beynəlxalq musiqi festivalında çıxış edən məşhurlar sırasında yer alıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:37 Ulduzlar “Jara”nın “Qırmızı xalı”sında Artıq üçüncü ildir ki, paytaxtımızda təşkil olunan “Jara-2019” beynəlxalq musiqi festivalı öz işinə start verib. Oxu.Az xəbər verir ki, böyük coşqu ilə keçən festivalın ilk günündə Rusiyanın və Azərbaycanın məşhur ulduzları “Qırmızı xalı” üzərindən keçib, gecə ilə bağlı öz təəssüratlarını media
20:48 Ağstafada “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirildi 29 Mart 2019-cu il tarixdə Ağstafa rayon Heydər Əliyev parkında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “ “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirildi. Layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
12:15 İdrak yoluna işıq saçan poeziya... Bu gün hər bir türkün ürəkdən sevdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir. Desək də, deməsək də, tarix özü bu həqiqəti təsdiq edib. Sovet ədəbiyyatının klassiklərindən sayılsa da, ruhən müasir bir yazıçı olan, dilimizin, mədəniyyətimizin qorunmasında böyük xidmət göstərən Mirzə İbrahimov

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az