t s

» » Həbibin döydüyü idmançı ağladı: Hazır idim...

Həbibin döydüyü idmançı ağladı: Hazır idim...

8-09-2019, 13:15 Yazar:  Firuzə Baxılıb: 73 Çap et
Həbibin döydüyü idmançı ağladı: Hazır idim...
Amerikalı döyüşçü Dastin Porye rusiyalı idmançı Həbib Nurməhəmmədova məğlubiyyətindən dərhal sonra emosional açıqlama verib.

Axar.az xəbər verir ki, Porye döyüşə yaxşı hazırlaşdığını deyib.

“Mən bilirdim ki, o mənə hücum edəcək. Döyüşə hazırlaşanda, heç bir küncü kəsmədən, hər şeyimi döyüşə verirdim. Mənə elə gəlirdi ki, bütün karyeram yalnız bu döyüş üçündür. Yəqin ki, mən daha çox şey edə bilərdim. Mən həqiqətən hazır idim. İndi hər səhər yuxudan oyanıb, güzgüyə baxıb, bu döyüşün nəticələrini xatırlayacağam”, – deyə o bildirib.

Porye açıqlama verərkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, tərəflər arasında UFC titulunu qorumaq uğrunda döyüş şənbə günü Əbu-Dabidə baş tutub. Döyüş Nurməhəmmədovun üçüncü raunddakı boğucu fəndindən dərhal sonra dayandırılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:45 Nurməhəmmədov: Konor onu öldürməməyim üçün yalvarırdı, indi revanş istəyir? Londonda Həbib Nurməhəmmədovun iştirakı ilə keçirilən mətbuat konfransında jurnalistlər maraqlı açıqlamalara şahid olublar. Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla nə üçün revanş istəməməsinin səbəblərindən danışıb. “Konorla revanş mümkündürmü? Son 3 ildə onun tək bir qələbəsi olub, o
08:53 Nurməhəmmədov Porye ilə döyüşə hazırlıqdan danışdı Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov təşkilatla yeni müqaviləsi və onun xüsusiyyətlərindən danışdı. Oxu.Az “Sport24.ru”-ya istinadla bildirir ki, rusiyalı idmançı danışıqların çətin keçdiyini boynuna aldı. “Müqavilənin şərtlərini açıqlamaq istəmirəm, amma nəticədə istədiyim kimi oldu.
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
07:53 Həbib daha bir döyüş keçirməlidir - Öhdəlik Qarışıq döyüş növləri (MMA) üzrə ən güclü idmançılardan olan Həbib Nurməhəmmədov Müstəqil Döyüş Çempionatı (UFC) ilə bağladığı müqaviləyə görə daha bir döyüş keçirməlidir. Mediaxeberleri.az rusiyalı idmançının meneceri Əli Əbdül-Əziz müsahibəsində UFC ilə imzalanmış müqaviləyə görə Həbib
13:36 Nurməhəmmədova sərt cəza: bir daha UFC-də döyüşməyəcək Rusiyalı çempion Həbib Nurməhəmmədov yüngül çəki dərəcəsində UFC çempionu titulundan məhrum edilə bilər. Mediaxeberleri.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında UFC-nin prezidenti Deyn Uayt deyib. “Həbib cərimə və ya diskvalifikasiya oluna bilər. Əgər diskvalifikasiya

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az