t s

» » Pulu alınan iş adamı özünü gömrükdə yandırmaq istədi

Pulu alınan iş adamı özünü gömrükdə yandırmaq istədi

8-09-2019, 12:40 Yazar:  Firuzə Baxılıb: 71 Çap et
Pulu alınan iş adamı özünü gömrükdə yandırmaq istədi
Son günlər ölkə mətbuatında Dövlət Gömrük Komitəsinin yarıtmaz fəaliyyəti ilə bağlı özündə konkret faktları əks etdirən silsilə yazılar dərc olunur. Görünən odur ki, adıçəkilən qurum ictimai etimadı tam itirib və hazırkı rəhbərlik işdə hansısa dönüş yaratmaq iqtidarından məhrumdur.

Mediaxeberleri.az
xəbər verir ki, Sfera.az-a daxil olan son məlumat isə Dövlət Gömrük Komitəsindəki neqativ halların artıq heç bir əndazə tanımadığının təsdiqidir.

Sayt yazır ki, bir neçə gün öncə Bakı Baş Gömrük İdarəsinin qarşısında insident yaşanıb. Belə ki, 50 min manat rüsum ödəməsinə baxmayaraq, bir aydır ki malını təhvil ala bilməyən iş adamı Mədət Quluzadənin bütün etirazları qulaqardına vurulub. Nə rüsumunu ödədiyi malı, nə də rüsum olaraq ödədiyi 50 min manat pulunu geri ala bilməyən Mədət Quluzadə son çarəni özünü yandırmaqda görüb.

İş adamı bu qorxunc istəyini gerçəkləşdirmək istəyəndə Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ona mane olmağa və intiharçını idarənin binasına salmaqla faciəli sonluğun qarşısını almağa nail olublar.

Məlumata görə hadisədən xəbər tutan DGK sədri Səfər Mehdiyev dərhal hadisə yerinə gəlib. Burada hüquqları pozulmuş sahibkarların təzyiqi ilə qarşılaşan komitə sədri onları inandırmağa çalışıb ki, bir daha bu kimi hallar təkrarlanmayacaq. Səfər Mehdiyev həmçinin ora toplaşanlardan baş vermiş olayın ictimailəşməməsini də xahiş edib.

Baş vermiş hadisəyə görə 16 əməkdaşın gömrük orqanlarından xaric edilməsi də daxil olan məlumatlar arasındadır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:25 Kolxozdan gələn gömrük generalı... - Səfər Mehdiyev etimadı doğrultmadı Dövlət Gömrük Komitəsinin son zamanlar atdığı bəzi addımlar geniş müzakirə predmetinə çevrilib. Xüsusilə də gömrük-keçid məntəqələrində vətəndaşların gediş-gəlişinin müəyyən qədər asanlaşdırılması qurumun işində müsbətə doğru müəyyən dəyişikliklərin olduğundan xəbər verir. Lakin bəzi açıqlamalar
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az