t s

» » Azərbaycanda polis əməkdaşı DƏHŞƏTLİ QƏTL TÖRƏTDİ – Qadının başını kəsib qaçdı - TƏFƏRRÜAT

Azərbaycanda polis əməkdaşı DƏHŞƏTLİ QƏTL TÖRƏTDİ – Qadının başını kəsib qaçdı - TƏFƏRRÜAT

8-09-2019, 11:49 Yazar:  Firuzə Baxılıb: 154 Çap et
Azərbaycanda polis əməkdaşı DƏHŞƏTLİ QƏTL TÖRƏTDİ – Qadının başını kəsib qaçdı - TƏFƏRRÜAT
Bu gün Göygöl rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Gecə saat 04 radlərində rayonun Üçtəpə kəndində yaşayan 1984-cü il təvəllüdlü Cəlilli Günay Yusif qızını qətlə yetirən Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Məmmədovun Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Gəncə Regional Bölməsinin polis serjantı olduğu və Beynəlxalq Bankın Gəncə filialında mühafizəçi işlədiyi məlum olub.

Bildirilir ki, gecə saatlarında iş yoldaşı, həmin bankda mütəxəssis kimi çalışan 35 yaşlı Günay Cəlillinin yaşadığı və Gəncə çayının sahilində yerləşən evə daxil olan Orxan bıçaqla onun boğazını kəsib. G. Cəlilli hadisə yerində vəfat edib. Həmin əraziyə əvvəlcədən bələd olduğu ehtimal edilən Orxan qaçaraq uzaqlaşıb.

Məlumata görə, Günay Cəlillinin həyat yoldaşı onlar evlənəndən bir müddət sonra vəfat edib. O, qızı ilə birgə bacısının evində yaşayırmış.

İlkin məlumata görə, O.Məmmədov iş yoldaşı və özündən 7 yaş böyük olan qadını qısqanclıq zəminində qətlə yetirib.

Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparlır.Publika.az

Faktla Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
13:15 5 oğlan əlbir olub azyaşlını sahibsiz yerə apardılar və... - Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT İŞİ Sabirabad rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Saatlı rayon sakini, 1999-cu il təvəllüdlü Orxan Cəfərov və Sabirabad rayon sakini, 2002-ci il təvəllüdlü Tural Cəlillinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az xəbər
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az