t s

» » Bu gün Beynəlxalq Savadlılıq Günüdür

Bu gün Beynəlxalq Savadlılıq Günüdür

8-09-2019, 09:34 Yazar:  Firuzə Baxılıb: 71 Çap et
Bu gün Beynəlxalq Savadlılıq Günüdür
Sentyabrın 8-i bütün dünyada Beynəlxalq Savadlılıq Günü kimi qeyd olunur.

Mediaxeberleri.az
xəbər verir ki, 2019-cu ildə Beynəlxalq Savadlılıq Günü “Savadlılıq və çoxdillilik” mövzusuna həsr edilib.

Bu əlamətdar gün münasibətilə UNESKO-nun Baş direktoru Odre Azule dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə qeyd olunur ki, dünyada təxminən 7000 canlı dil var. Gündəlik həyatda birdən artıq dilin istifadəsi geniş yayılıb. Ölkələrarası və icmalararası dialoqlarda bir neçə dildən istifadə olunması nəticəsində azsaylı xalqların və bir sıra ölkələrdə yerli əhalinin dilləri yox olmaq təhlükəsi ilə qarşılaşıb. Bu tendensiya savadlılığın yayılmasında da öz əksini tapıb. Savadlılığın yayılmasına kömək etmək müxtəlif siyasi və praktik aspektlərə diqqət yetirməyi nəzərdə tutur. Belə ki, ikinci dili və ya xarici dili öyrənənədək ana dilində savadlı bazanın olmasının böyük üstünlükləri var. Lakin dünya əhalisinin 40 faizinin danışdığı və başa düşdüyü dildə danışmaq imkanı yoxdur. Bu vəziyyəti aradan qaldırmaq üçün siyasi və praktik metodlar dil və mədəni mühitə uyğunlaşdırılmalı, savadlılığı çox sayda dillərdə genişləndirməyə şərait yaradılmalı və rəqəmsal texnologiyaların potensialı öyrənilməlidir.

Müraciətin geniş mətni ilə UNESKO-nun saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, UNESKO tərəfindən 1965-ci ildə təsis olunan Beynəlxalq Savadlılıq Gününün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalılığına diqqəti cəlb etməkdir.

Sentyabrın 9-da Beynəlxalq Savadlılıq Günü münasibətilə Parisdə konfrans keçiriləcək. Ana dilini bilmək və yaşatmaq, çoxdilliliyi təbliğ etmək konfransın əsas məqsədlərindəndir.

Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:22 İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib - BDU-nun Qazax filialında Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik
10:10 Əbədiyaşarlıq rəmzi - Əli Həsənov Heydər Əliyevdən YAZDI XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ən mürəkkəb və
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
08:09 Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür 14 ildir ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü qeyd edirik Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az