t s

» » Gədəbəydə məhv edilən tarixi və mədəni abidələrimiz

Gədəbəydə məhv edilən tarixi və mədəni abidələrimiz

8-09-2019, 09:24 Yazar:  Firuzə Baxılıb: 239 Çap et
Gədəbəydə məhv edilən tarixi və mədəni abidələrimiz
Bu ulu yurdda minilliklərin şahidləri, əsrlərin yadigarları biganəlikdən məhv olur.

Çox təəssüflər olsun ki,Gədəbəyin Söyüdlü kəndi ərazisində yerləşən,ölkə əhəmiyyətli memarlıq abidəsi hesab olunan ,, Qız qalası” (IX əsr) adlanan şəkillərdə göstərilən möhtəşəm abidə məhv olmaq üzrədir..Bu qalanın adına el arasında "Qızıl qala" və ya "Namərd qala" da deyirlər.


Mediaxeberleri.az xəbər verir ki, qala əldən-ayaqdan uzaq bir yerdə, çox ağır dağ şəraitində tikilib.Azərbaycanda olan digər Qız qalalarından fərqli olaraq Söyüdlüdə yerləşən bu qalanın daha yığcam, biçimcə monumental, şəhər qalalarına bənzəyən, çoxbucaqlı bitkin planı var. Çətin dağ şəraitində belə aydın və dəqiq memarlıq quruluşu yaratmaq onu ucaldan memar və ustaların yüksək bacarığından soraq verir.

Yerli əhali arasında dolaşan əfsanəyə görə, vaxtilə həmin qalada saxlanılan və ya yaşayan qız namərdlərin əlinə keçməmək üçün özünü qaladan yerə atıb. Bu əfsanəyə əsasən tikili “Namərd qala” adlandırılıb.

Qız qalası Şəmkir çayının sahilində qayalıq yerdə ucaldılıb. Ətrafı yaşıllıq, meşə olan qalaya piyada qalxmaq mümkündür. Qala beş dairəvi sütundan ibarətdir. Giriş-çıxış yerləri görünməz vəziyyətdədir. Sütunlar hündürlüyünə və diametrinə görə bir-birindən fərqlənir. Abidənin divar və bürclərinin ortasından kəmər kimi keçən və yuxarıda onları tac kimi tamamlayan hissəsi zamanında qalanın müdafiəsini xeyli gücləndirməklə yanaşı, onun görkəminə də əzəmət qatıb.
Hazırda abidənin təmir-bərpa olunmağa çox ciddi ehtiyacı var.Xahiş edirəm, şəkillərin hər birinə baxın.Çox təəssüf ki, belə bir möhtəşəm abidəni qoruya bilmirik.Bu bizim tariximizdir.Aldığım məlumata görə 2019-cu ildə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Qalada konservasiya işlərinin aparılması nəzərdə tutulsa da hələ heç bir iş görülməyib.Bu qalanın məhv olmaması üçün dövlət orqanları tərəfindən ciddi tədbir görülməlidir.

Gədəbəydə məhv edilən tarixi və mədəni abidələrimiz
Gədəbəydə məhv edilən tarixi və mədəni abidələrimiz
Gədəbəydə məhv edilən tarixi və mədəni abidələrimiz
Gədəbəydə məhv edilən tarixi və mədəni abidələrimiz




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
11:04 Uğursuz eşqin aqibəti, tarixin daş yadigarı…Qənirə Paşayeva Lahoru seyr etmək və sonra da sakit bir guşəyə çəkilib təəssüratlarını kağıza köçürmək təkcə bir səfər boyunca görüb-anlaya bildiklərini bir araya gətirmək deyil ki! Gərəkdi 1588-ci ilin dekabrında bu şəhərdə müsəlman müqəddəsi Həzrət Mian Mir Ci tərəfindən əsası qoyulan harmandir Sahib daşını əldə
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az