t s

» » Bakıda “burun ölümləri”: nə baş verir axı?! - Ekspert

Bakıda “burun ölümləri”: nə baş verir axı?! - Ekspert

7-09-2019, 09:23 Yazar:  Firuzə Baxılıb: 83 Çap et
Bakıda “burun ölümləri”: nə baş verir axı?! - Ekspert
Son vaxtlar burun əməliyyatı zamanı ölüm hallarının baş verməsinə tez-tez rast gəlirik. Ötən gün Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı Sevinc Qəribovanın cərrah İdrak Əhmədov tərəfindən əməliyyatı nəticəsində dünyasını dəyişməsi bu məsələni bir daha gündəmə gətirib.

Tibb elmləri üzrə fəlsəfə doktoru, lor cərrah Kamil Cəfərov Axar.az-a müsahibəsində burun əməliyyatlı ilə bağlı mühüm məqamları açıqlayıb.

- Burun əməliyyatlarının bəzilərinin ölümlə nəticələnməsinin səbəbi nədir?

- Plastik burun əməliyyatlarında daha çox həkim səhlənkarlığı səbəbindən ölüm halları baş verir. Çəpər əyriliyi əməliyyatı zamanı baş verən ölüm halları isə burunda əyriliyin kəskin olması və sümüyün çıxarılması zamanı arteriyaların zədələnməsi nəticəsində baş verən qanaxmalar səbəbindən olur.

- Müqayisə etsək, bu gün ən çox ölüm halları hansı əməliyyat zamanı baş verir?

- Çəpər əyriliyi ilə bağlı edilən əməliyyatlarda ölüm hallarının olma ehtimalı çoxdur. Bu əməliyyat zamanı xəstə əksər hallarda qanaxmadan ölür. Plastik burun əməliyyatlarında isə çox az hallarda ölüm faktı baş verir. Bunun səbəbi də qeyd etdiyim kimi, həkim səhlənkarlığı olur. Bəzi həkimlər hətta çəpər əyriliyi zamanı xəstəni plastik əməliyyat olmağa meyilləndirir. Onlar xəstələrə lazım olan diqqəti göstərmir. Plastik burun əməliyyatları normalda 4 saat çəkməlidir. Lakin bizim həkimlər eyni gündə bir neçə əməliyyata daxil olurlar və 2 saata işlərini tamamlayırlar. Bəziləri özlərini peşəkar hesab edərək bu addımı atırlar, bəziləri də çox pul qazanmaq üçün. Normalda həkim bir həftədə ən çoxu 4 burun əməliyyatı icra etməlidir. Bu, hobbi deyil, insan həyatıdır.

­- Plastik burun əməliyyatı üçün yaş həddi neçədir?

- Əslində, burun əməliyyatları üçün konkret yaş həddi yoxdur. Bu, xəstənin formalaşmasından asılıdır. Ümumilikdə isə 18-25 yaş aralığında olanların plastik burun əməliyyatı etdirməsini doğru hesab etmirəm. Bu yaşda olan xəstə müraciət edərsə, həkimlər mütləq əməliyyatdan əvvəl nevropatoloqdan və psixiatrdan düzgün rəy verilməsini tələb etməlidirlər.

- Burun əməliyyatından öncə xəstələr hansı qaydalara riayət etməlidir?

- Bəzən deyirlər ki, burun əməliyyatından əvvəl siqaret və spirtli içkilər qəbul etmək olmaz. Onsuz da pasiyentlər buna əməl etməyəcək. Nikotin asılılıq yaratdığı üçün orqanizm onu tələb edəcək, buna görə də bu qadağanın qoyulmasının heç bir nəticəsi olmayacaq. Eləcə də xanımlar üçün qoyulan kosmetikadan istifadə qadağası da buna daxildir. Xanımlardan heç biri əməliyyatdan 10-15 gün qabaq kosmetikadan imtina etmir. Faktiki olaraq buna riayət edən yoxdur. Biz hətta plastik əməliyyatdan sonra siqaret çəkilməsini qadağan etsək də, 3 gün sonra pasiyentlər ondan istifadə edirlər.

Əməliyyatdan əvvəl qan duruldan dərmanların qəbul edilməsi qəti qadağandır. Burun əməliyyatına girməzdən əvvəl xəstələr müayinə edilir. Bu müayinə zamanı qanda problem aşkarlanarsa, aradan qaldırılmalı və xəstə təkrar müayinədən keçirilməlidir.

- Plastik burun əməliyyatlarının qiymətləri təxminən nə qədərdir?

- Qiymətlər barədə konkret söz demək çətindir. Çünki hər həkimin öz qiyməti var.

- Bu əməliyyat üçün daha çox kişilər müraciət edir, yoxsa qadınlar?

- Son zamanlar daha çox kişilər plastik burun əməliyyatı üçün müraciət edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:40 Masallıda səhiyyə sistemi necə iflic olub... - İDDİA Masallı kimi önəmli bir cənub bölgəsinin neqativ hallar məngənəsində çabalayan səhiyyə şəbəkəsindəki xoşagəlməz hallar barədə, ölkə mətbuatının səhifələrində uzun müddətdir kəskin tənqidli materiallar dərc olunur. Rayon səhiyyəsinin rəhbəri və Mərkəzi Xəstəxananın baş həkimi olan Cəlil Nəzərov da,
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az