t s

» » Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə Tovuz rayon Mədəniyyət Mərkəzində seminar müşavirə keçirildi

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə Tovuz rayon Mədəniyyət Mərkəzində seminar müşavirə keçirildi

6-09-2019, 21:34 Yazar:  Firuzə Baxılıb: 83 Çap et
Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə Tovuz rayon Mədəniyyət Mərkəzində seminar müşavirə keçirildi
02 sentyabr 2019- cu il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə Tovuz rayon Mədəniyyət Mərkəzində seminar müşavirə keçirildi. Seminarı giriş sözü ilə açan Regional İdarənin rəisi Vüqar Qədirov mədəniyyət işçilərini salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrlə bərabər mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan geniş bəhs etdi. Natiq sentyabrın 1-dən minimum əməkhaqqının artırılmasını ölkə prezidentinin xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində atdığı növbəti addımlardan biri olduğunu bildirdi. V. Qədirov bildirdi ki, hər bir mədəniyyət işçisi də öz növbəsində bu diqqətin məsuliyyətini dərk etməli, Nazirliyinin iş planına və regional idarənin tədbirlər planına müvafiq olaraq keçirilən tədbirlərə məsuliyyətlə yanaşmalı, üzərlərinə düşən vəzifələri vicdanla yerinə yetirməlidirlər.

Mediaxeberleri.az xəbər verir ki, regional idarənin KİV və sosial şəbəkələrlə iş üzrə koordinatoru Xəyal Nağıyev sosial şəbəkələrin müasir dünyamızdakı əhəmiyyətini qeyd edərək hər bir mədəniyyət işçisinin görülən işlər, həyata keçirilən tədbirlərinin piarının təşkil olunmasında fəallığının vacib olduğunu vurğuladı.

Seminarda eyni zamanda mədəniyyət işçilərinin iyul və avqust aylarında gördüyü işlər haqqında hesabatlar dinlənildi və sentyabr ayında görəcəyi işlər barədə tapşırıqlar verildi.

Seminar-müşavirədə həmçinin Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, İdarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Tovuz MKS-nin direktoru Güldərən İbrahimova, Aşıq H.Bozalqanlı adına Tovuz rayon Aşıqlar Evinin direktoru Gülbəniz Cəfərova, Tovuz rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və başqaları çıxış edərək üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini, həyata keçirilən islahatlara prinsipiallıqla yanaşacaqlarını qeyd etdilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az