t s

» » Hacı İbrahim Nehrəmlinin adamları Avropaya sığınmış sahibkarı ölümlə hədələdi

Hacı İbrahim Nehrəmlinin adamları Avropaya sığınmış sahibkarı ölümlə hədələdi

24-05-2015, 16:19 Yazar:  Aygün Baxılıb: 1413 Çap et
Hacı İbrahim Nehrəmlinin adamları Avropaya sığınmış sahibkarı ölümlə hədələdiAllah sənə rəhmət eləsin, eliyərsə

Bu sözləri təhdid olunan Qazaxlı iş adamı Elşad Məmmədova Hacı İbrahim Nehrəmlinin yaxını kimi özünü təqdim edən Natiq İbrahim mesaj kimi göndərib

Məlumat üçün bildirək ki, Elşad Məmmədov Hacı İbrahim Nehrəmliyə məxsus "AVESTA" konserninə daxil olan "HƏSƏN - 96" MTK-dan iki mənzil alıb və qanunsuz olaraq mənzillər sahibinə verilməyib.

“Avesta” şirkətinin rəhbəri Hacı İbrahim Nehrəmlinin təhdidlərindən baş götürüb Avropaya pənah aparan qazaxlı iş adamı Elşad Məmmədov mühacirət həyatı yaşadığı Avropada ölümlə hədələnib.

Elşad Məmmədovun Mediaxeberleri.az-a verdiyi xəbərə görə, bir müddət öncə tanımadığı şəxs tərəfindən onun facebbok hesabına təhdid məktubları gəlməyə başlayıb:

“Tanımadığım şəxs tərəfindən mənə təhdid dolu mesajlar gəlməyə başladı.

Hacı İbrahim Nehrəmlinin adamları Avropaya sığınmış sahibkarı ölümlə hədələdi
Hacı İbrahim Nehrəmlinin adamları Avropaya sığınmış sahibkarı ölümlə hədələdi
Hacı İbrahim Nehrəmlinin adamları Avropaya sığınmış sahibkarı ölümlə hədələdi


Həmin şəxsdən kim olduğunu soruşanda mənə bildirdi ki, məni tanıyan tanıyır. Natiq İbrahim adlı bu şəxs İbrahim Nehrəmlinin yaxını olduğunu güman edirəm. Mənə söyüş, təhqir dolu mesajlar göndərdi, ölümlə hədələdi məni. Mən özüm və ailəmin təhlükəsizliyi üçün MTN rəhbəri Eldar Mahmudova və DİN rəhbəri Ramil Usubova müraciət edirəm. Mən ailəmi İbrahim Nehrəmlinin təhdidlərindən qorumaq üçün Avropaya sığınmışam, amma burda da mənə hədə-qorxu gəlməyə davam edirlər.
Bakıda olan zaman 070 260 04 07 nömrəsindən zən vurub özüni İbrahim Nehrəmlinin mühafizəçisi kimi təqdim edən şəxs dəfələrlə məni ölümlə hədələmişdi”.

Qazaxlı iş adamına gələn təhdid və təhqir mesjlarının bir qismini təhqir elementləri olsa belə oxucuların diqqətinə çatdırmağa məcburuq. Yayımladığımız mesajlaşmada Elşad Məmmədova ölüm təhlükəsi ilə açıq aydın hədələndiyi göz önündədir.

Hacı İbrahim Nehrəmlinin adamları Avropaya sığınmış sahibkarı ölümlə hədələdi

Hacı İbrahim Nehrəmlinin adamları Avropaya sığınmış sahibkarı ölümlə hədələdi
Hacı İbrahim Nehrəmlinin adamları Avropaya sığınmış sahibkarı ölümlə hədələdi

Aşağıdakı şəkildə iş adamı Elşad Məmmədov uşaqları ilə birlikdə
Hacı İbrahim Nehrəmlinin adamları Avropaya sığınmış sahibkarı ölümlə hədələdi


Sən bu mesajları qoy subut kimi

Başıma bir hadisə gəlsə bunu İbrahim Nehrəmlidən və qohumlarından görsünlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:00 Hacı İbrahim “Avesta”nı 45 milyona satışa çıxardı Beynəlxalq Bankdan götürdüyü küllü miqdarda krediti geri qaytarmayan iş adamı Hacı İbrahim Nehrəmli sahibi olduğu “Avesta” holdinqin binasını satır. Bu barədə azvision.az-a iş adamının yaxın çevrəsindən məlumat verilib. Adının mətbuatda çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, Hacı
14:35 İlham Əliyevlə görüşmək üçün şok addım -VİDEO 4 ildən çoxdur ki, İbrahim Nehrəmliyə məxsus olan “Avesta” şirkətindən 2 mənzil alan, lakin evləri qanunsuz olaraq əlindən alınan qazaxlı iş adamı Elşad Məmmədov ölkəni tərk edib. Mediaxeberleri.az xəbər verir ki, moderator.az-ın müxbirinə açıqlama verən iş adamının sözlərinə görə, onun ölkəni
15:25 Hacı İbrahim Nehrəmlinin ölkədən çıxmasına qadağa qoyulub Mayın 13-də DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan iş adamı Hacı İbrahim Nehrəmlinin ölkədən çıxmasına qadağa qoyulub. Mediaxeberleri.az xəbər verir ki, bunu “bandotdel” əməkdaşları tərəfindən saxlanılması xəbərini APA-ya şərh edərkən oliqarx özü
14:35 Hacı İbrahim Nehrəmlidən etiraf "Mən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə vermişəm. Lakin hazırda heç bir cinayət işində adım keçmir. Mənə heç bir cinayət işi açılmayıb." Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bunu “APA-Economics”ə açıqlamasında iş adamı,
17:03 Hacı İbrahim Nehrəmli "Bandotdel"dədir - "İfadə verir" "Avesta" holdinqinin sahibi Hacı İbrahim Nehrəmlinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə mediada xəbərlər yayılıb. Ancaq hələ nə özügedən saxlanılmanı həyata keçirən orqanlar, nə də iş adamının rəhbərlik etdiyi şirkət tərəfindən hər hansı rəsmi bir açıqlama yoxdur.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az