t s

» » Rəcəb Babaşov sakinlərlə görüşdü - FOTO

Rəcəb Babaşov sakinlərlə görüşdü - FOTO

6-09-2019, 18:49 Yazar:  Firuzə Baxılıb: 127 Çap et
Rəcəb Babaşov sakinlərlə görüşdü - FOTO
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayon sakinləri ilə RİH-nin məsul şəxsləri, RİH başçısının Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

Mediaxeberleri.az
xəbər verir ki, səyyar qəbulda Rəcəb Babaşov giriş sözü söyləyərək, yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.

İcra başçısı Respublika Prezidenti İlham Əliyevin 2018-ci ildə təkrar prezident seçilməsindən sonra verdiyi vədlərdən və bu gün həyata keçən sosial layihələrdən də danışıb. Qeyd edib ki, ölkə rəhbərinin çıxışı zamanı söylədiyi kimi sosial-iqtisadi paketin reallaşması ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması sahəsində atılan ən uğurlu addım oldu. İstər 2018-ci ilin axırları, istərsə də 2019-cu ilin ilk altı ayında əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələr, imzalanan mühüm Fərman və Sərəncamlar da bunu bir daha sübut etdi. Sosial paketin icrası ilə bağlı imzalanmış sərəncamların və həmin sərəncamlardan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi nəticəsində bu gün ölkə vətəndaşlarının sosial rifah halı yaxşılaşdırılır. İcra başçısı vurğulayıb ki, imzalanmış həmin sərəncamlar bir daha sübut etdi ki, bu gün ölkə başçısı tərəfindən yürüdülən məqsədyönlü dövlət siyasətinin təməlində vətəndaş amili və xalqın rifah halı dayanır. İyunun 18-də imzalanan çoxsaylı sərəncamları vətəndaşlara olan qayğının bariz nümunəsi kimi qiymətləndirən rayon rəhbəri əhalinin rifahının yüksəldilməsi məqsədilə təqdim edilən sosial paketin hələ bir hissəsi olduğunu bildirib. Qeyd edib ki, istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir.

İcra başçısı son illər ölkəmizdə, eləcə də respublikamızın bütün bölgələrində işsizliyin aradan qaldırılması istiqamətində görülən mühüm işlərdən də söz açıb. Bu gün Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışı nəzərdə tutulan obyektləri işsizliyin minimuma endirilməsi sahəsində görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib. 3-ü sənaye müəssisəsi olmaqla 5 obyektin - ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun açılışlarının nəzərdə tutulduğunu bildirib. Bundan başqa, su-kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılmasında atılan ən uğurlu addım kimi göstərib.

Son 3 ildə Qazaxda qazanılan nailiyyətlərin ildən-ilə artmasını, bütün sahələr üzrə həyata keçirilən işlərin geniş miqyas almasını bölgələrimizdəki inkişafın əyani sübutu olaraq dəyərləndirən rayon rəhbəri 2016-cı ildən başlayaraq bu günə kimi rayonun sosial, iqtisadi sahədə olan inkişafının artan templə yüksəldiyini bildirib. 2016-cı ildə rayonun əkin sahəsinin 14 min hektar olduğu halda, bu gün həmin sahənin genişləndirilərək 24 min hektara çatdırıldığını qeyd edib. Rayonda kənd təsərrüfatı üzrə daha çox işçi qüvvəsinə böyük ehtiyac olan sahələrin - baramaçılığın, tütünçülüyün, kartofçuluğun inkişaf etdirildiyini vurğulayıb.

Hazırda rayonda görülən işlərdən söhbət açan rayon rəhbəri buna misal olaraq uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapmasını, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının salınmasını və bu gün tikintinin uğurla davam etdirilməsini göstərib.

Son illər ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan yüksək diqqət və qayğısı sayəsində paytaxt Bakıda, eləcə də bölgələrimizdə qazanılan uğur və nailiyyətlərdən danışan rayon rəhbəri Qazax təhsilinin ildən-ilə inkişaf etdiyini bildirib. İstər dərsin kəmiyyət göstəricisinin, istərsə də keyfiyyətinin yüksəldiyini vurğulayıb və bu uğurun qazanılmasında Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Təhsil şöbəsinin nəzdində yaradılan İşçi qrupunun böyük rolunun olduğunu diqqətə çatdırıb. İcra başçısı Dövlət Proqramında əksini tapan məktəb tikintisindən də söz açıb. 5 illik proqramda Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin əksini tapdığını bildirib. Həmin proqramda təmiri nəzərdə tutulan məktəblərdən birinin Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunduğunu qeyd edib. Bundan başqa, həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də Fond tərəfindən əsaslı tikintisinin nəzərdə tutulduğunu və yaxın günlərdə tikintisinə başlanılacağını vurğulayıb. Rayon rəhbəri təhsilin səviyyəsinin yüksəldilməsində müəllim və şagirdlər üçün yaradılan şəraitin mühüm rol oynadığını bildirib. Bu ilin fevralında istifadəyə verilən Xalq şairi Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə yaradılan yüksək şəraiti bu sahədə görülən işlərə nümunə göstərib. Məktəb tikintisi ilə yanaşı rayonda mövcud olan məktəblərin cari təmir olunmasından söz açan rayon rəhbəri Səlim Əfəndiyev adına şəhər 1 nömrəli və İsmət Qayıbov adına şəhər 3 nömrəli məktəblərdə görülən işlərdən də danışıb. Qeyd edib ki, bu gün təhsilə olan qayğının nəticəsidir ki, məzunlarımız yüksək nəticə göstərirlər. Bu il ali və orta ixtisas məktəblərinə 335 nəfər məzunun qəbul olması, 15 nəfərin 600 baldan, 33 nəfərin 500 baldan yüksək nəticə göstərməsi təhsil sahəsinə göstərilən qayğının şagirdlər tərəfindən doğruldulması deməkdir.

Çoxmənzilli yaşayış binalarında görülən işlərdən danışan rayon rəhbəri qeyd edib ki, vətəndaşların müraciətlərinə əsasən bu gün balansda olan 163 binadan 120-dən çoxu əsaslı təmir olunub. Bu sahədə görülən işlər sürətlə davam etdirilir.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, gələcəyimiz olan uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni inşa olunan və ya təmir edilən bağçalardan söz açan icra başçısı bu sahədə görülən işlərin geniş miqyas aldığını vurğulayıb. Rayonda olan 25 uşaq bağçasından 21-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı qeyd edib ki, təmirə ehtiyacı olan 4 bağça qalıb ki, onlardan biri də Hüseynbəyli bağçasıdır. Digər bağçalar kimi bu bağçanın da əsaslı təmiri nəzərdə tutulub.

Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamların Qazaxda da uğurla icra olunduğunu bildirib. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. Rayon rəhbəri qəbul edilmiş 5 illik Dövlət Proqramında yol çəkilişinin salınmasını bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi kimi qiymətləndirib.

Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğıdan danışan rayon rəhbəri bu qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını, orada aparılan abadlıq işlərini, ən əsası da 280-dən artıq şəhidimizin, 7 Milli Qəhrəmanımızın adı və şəkli əks olunmuş lövhənin vurulmasını bu istiqamətdə görülən işlərin daha bir əyani sübutu olduğunu bildirib.

İcra başçısı bu gün havaların quraq keçməsi ilə əlaqədar rayonda suvarma və içməli suda yaşanan mövcud vəziyyətdən də danışıb. Rayonun su mənbələri olan Ağstafaçay və Coğazçay su anbarlarında havaların quraq keçməsi ilə bağlı suyun səviyyəsinin aşağı düşməsini və bunun da nəticəsində rayonda su probleminin yaşandığını diqqətə çatdırıb. Buna baxmayaraq lazım olan bütün imkanlardan istifadə edərək sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açıb.

Görüşdə erkən nikahlarla bağlı söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı istər maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasını, istərsə də ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını bildirib.

Sakinlərdən Kərəm Nəbiyev, Sehran İsayeva, Novruz Alıcanov, A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin direktoru Mahirə Abbasova, məktəbin hərbi müəllimi Əyyub Əliyev çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son 3 ildə rayonda, o cümlədən də Hüseynbəyli kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Kəndə yeni asfalt yolun çəkilməsini bu gün də razılıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların kənddə yeni subartezian quyusunun qazılması, güləş zalının təmiri, kənd klubunun təmiri və ya tikintisi, məktəbin istilik sistemi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.

Rəcəb Babaşov sakinlərlə görüşdü - FOTO
Rəcəb Babaşov sakinlərlə görüşdü - FOTO
Rəcəb Babaşov sakinlərlə görüşdü - FOTO
Rəcəb Babaşov sakinlərlə görüşdü - FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:35 İcra başçısı qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşü keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən görüşdə Qazax RİHB aparatının
14:27 Dəmirçilər kəndində səyyar görüş keçirilib 14.03.2019 -cu il tarixdə ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən hər həftə keçirilən növbəti səyyar görüş Dəmirçilər kəndində olub. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ötən ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən,
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
18:38 İcra başçısı Canalı kəndində görüş keçirdi - FOTOLAR Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən keçirilən növbəti səyyar görüş Canalı kəndinin sakinləri ilə olub. Hər görüşdə olduğu kimi, bu gün də kənd sakinləri rayon rəhbərini böyük səmimiyyətlə qarşılayıblar. Mediaxeberleri.az xəbərinə görə, Rəcəb Babaşov görüşdə çıxış

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az