t s

» » Azərbaycanda ŞOK STATİSTİKA – 42 qadın əri tərəfindən öldürülüb - VİDEO

Azərbaycanda ŞOK STATİSTİKA – 42 qadın əri tərəfindən öldürülüb - VİDEO

6-09-2019, 07:38 Yazar:  Firuzə Baxılıb: 82 Çap et
Azərbaycanda ŞOK STATİSTİKA – 42 qadın əri tərəfindən öldürülüb - VİDEO
Ötən il məişət zorakılığı cinayətlərinin böyük əksəriyyətində zərər çəkənlər yenə qadınlar olub. 234 uşaq isə bu cinayətlər nəticəsində xəsarət alıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələyə münasibət bildirib.

2018-ci ildə Azərbaycanda 1175 məişət zorakılığı cinayəti baş verib. Bu cinayətlər nəticəsində isə nəticəsində isə 1 221 nəfər zərər çəkib. Bu ötən il məişət zorakılığı ilə bağlı Azərbaycandakı vəziyyətə dair rəqəmlərdə öz əksini tapıb.

Zərərçəkənlərin böyük əksəriyyəti isə qadın olub. Belə ki, 1221 nəfər zərəçəkənin 915-i qadın olub ki, onların da 9-u 18 yaşadək qızlardır. Ötən il məişət zorakılığı cinayətləri nəticəsində 56 nəfər qəsdən öldürülüb. Həmin şəxslərin arasında yenə 42 nəfərlə qadınlar çoxluq təşkil edir. Bununla yanaşı, belə cinayətlər zamanı 26-sı qadın olmaqla, 30 nəfəri öldürməyə cəhd göstərilib. Ailə Qadın Uşaq problemləri üzrə dövlət komitəsinin şöbə müdirinin müavini Seymur Məmmədov bildirir ki, qadınların məişət zorakılığında üstünlük təşkil etməsinin bir sıra səbəbləri var.

Məişət zorakılığı cinayətləri nəticəsində sağlamlığına qəsdən zərər vurulan 947 nəfərdən 729-u yenə qadın olub. Təəssüf doğuran məqamlardan biri isə məişət zorakılığı cinayətlərində 234 uşağın xəsarət almasıdır. Komitə nümayəndəsi bildirir ki, valideynlər uşaqlarla davranışa xüsusi diqqətlə yanaşmalıdırlar.

Ümumilikdə isə ötən il törədilən cinayətlər nəticəsində 1 226 nəfər ölüb ki, onların da 895-i kişi, 331-i qadın olub. Ölənlərin 87-si uşaq olub.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az