t s

» » Ermənilərin uydurduqları tarixi özlərindən başqa təsdiq edən yoxdur - FAKT

Ermənilərin uydurduqları tarixi özlərindən başqa təsdiq edən yoxdur - FAKT

5-09-2019, 16:53 Yazar:  Firuzə Baxılıb: 62 Çap et
Ermənilərin uydurduqları tarixi özlərindən başqa təsdiq edən yoxdur - FAKTErmənilər özlərini Qafqazın aborigen xalqı hesab edirlər. Onlar bu iddiaları ilə sübut etmək istəyirlər ki, guya tarixən Qafqazda erməni dövləti mövcud olub. Lakin ermənilərin burada yerli etnos olması elə bəzi ermənilərin özlərində də şübhə yaradır.

Erməni tədqiqatçıları utopik fikirlər irəli sürərək deyirlər ki, guya onlar böyük imperiyaya, zəngin sivilizasiyaya malik olublar.

Antropoloqların fikrincə, ermənilər Qafqaz yox, Balkan tipli xalqdır. Herodot "Tarix" əsərində qədim Balkan tayfalarından biri olan friqlərin adını çəkir. Heredot belə hesab edirdi ki, qədim haylar friqlərin bir qolu kimi Mesopotamiyaya, əsasən, Fərat çayının şərq sahillərinə köçürülüblər.

Erməni tarixinin banisi hesab olunan Moisey Xorenski yazır ki, ermənilər öz yurd yerlərini Fəratın şərqində axtarsınlar.

Avstriya tədqiqatçısı Erix Fayql "Erməni terrorizmi - mənbə və həqiqətlər" kitabında qeyd edib ki, Ermənistan xalqın yox, coğrafi bölgənin adıdır.

Onun qənaətinə görə, ermənilərin özünü "hay" adlandırmaları da göstərir ki, Ermənistan hayların tarixi vətəni olmayıb.

Tarixi faktlar sübut edir ki, ermənilərin 1918-ci ilə qədər Qafqaz bölgəsində heç bir dövləti olmayıb. Qafqazda erməni dövləti yaradılana qədər erməni xalqını kilsə idarə edib.

Rus tarixçisi İqor Peçenev bildirir ki, ermənilər əsrlər boyu vətənsizlik dərdi çəkib.

"Bu, çox acı nəticəyə - elmdə "erməni xəstəliyi" adlandırılan sindromun meydana çıxmasına səbəb olub. Guya nə zamansa dövlətlərinin, dövlətçilik ənənələrinin olduğunu deyəndə də yalan danışırlar. Uydurduqları tarixi özlərindən başqa təsdiq edən yoxdur", - deyə İ.Peçenev yazır.

Ermənilərin Qafqaza köçürülməsinin əsası I Pyotr tərəfindən qoyulub. Bu proses sonralar – 1828-ci il Türkmənçay müqaviləsi ilə daha geniş vüsət alıb.

Türkmənçay müqaviləsinin 15-ci maddəsi və 1829-cu il Ədirnə müqaviləsi ilə ermənilərin Osmanlı imperiyası və Qacarlar İranından köçürülməsinə start verilib.

Tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı:

"Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları buraya biz köçürüb gətirmişik".

Tədqiqatçı Əziz Ələkbərlinin fikrincə, ermənilərin Cənubi Qafqazda məskunlaşma cəhdlərinin nə az, nə çox – düz 600 illik tarixi var:

"1431-ci ilə qədər Cənubi Qafqazda heç bir ciddi dayağı olmayan, bu ərazilərə Yaxın Şərqdən ancaq tacir və mövsümi işçilər kimi gəlib-gedən hay-ermənilər həmin il bu torpaqlarda möhkəmlənmək üçün ilk addımlarını atdılar.

1431-ci ildə Qriqor Makulu adlı bir erməni Ağqoyunlu hökmdarı Sultan Yaqubun nümayəndəsi olan Əmir Rüstəmdən 540 min dinar gümüş pula Üçkilsə kəndinin bir hissəsini və bir neçə ətraf kəndin ərazisini satın alır.

Bu hadisədən 10 il sonra - 1441-ci ildə erməni kilsə kafedrası Sis şəhərindən Vağarşabad şəhərinə köçürülür və iki il sonra - 1443-cü ildə Qriqor Makulu 8 min 40 dinara Vağarşabad kəndinin qalan torpaqlarını da satın alır. Həmin il dünya haylarının katolikosu seçilərək, 1461-ci ilə qədər bu vəzifədə çalışır. Elə o vaxtdan da Üçkilsə (Eçmiədzin) katolikoslarının kilsə ətrafındakı türk torpaqlarını, kəndlərini pulla alıb kilsənin tərkibinə qatması bir ənənəyə çevrilir".

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev Oxu.Az-a açıqlamasında deyib ki, yeni araşdırmalar da ermənilərin Qafqaza gəlmə xalq olduğunu sübut edir.

"Həm Rusiya, həm Türkiyə, həm Ukrayna, həm də ABŞ alimləri də bu mövzuya toxunurlar. Onlar ermənilərin iç üzünü açır, nə qədər saxtakar olduqlarını bəyan edirlər. Rus alim Oleq Kuznetsovun yazdığı kitab və məqalələr erməniləri ifşa edir", - deyə Q.Hacıyev qeyd edib.

Onun sözlərinə görə, xaricdə yaşayan ermənilər də etiraf edirlər ki, onların Qafqazda dövləti olmayıb:

"Lakin bəzi erməni tarixçilər hələ də o fikirlərində qalır ki, guya onlar Qafqazın yerli xalqıdır. Amma bunu heç cür sübut edə bilmirlər".

Tarixçinin fikrincə, bütün tarix və faktlar göstərir ki, ermənilər Qafqaza köçürülüb.

"Bununla bağlı Qriboyedovun da qeydləri var", - deyən Q.Hacıyev əlavə edib ki, ermənilərin tarixən dövlət atributları olmayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
08:53 Tarixi həqiqətlər və erməni uydurmaları Hələ XVII əsrdən başlayaraq ermənilər xristian dini etiqadlarından istifadə edərək Avropa dövlətlərinin üzünü Şərqə çevirməyə çalışmış, onların köməyindən istifadə edərək müstəqil «Böyük Ermənistan» yaratmaq xülyasını reallaşdırmaq fikrinə düşmüşlər. Bu işdə ermənilərə daha çox «canıyananlıq
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az