t s

» » Boksçularımız erməniləri məğlub edib finala çıxdılar

Boksçularımız erməniləri məğlub edib finala çıxdılar

23-05-2015, 21:44 Yazar:  Aygün Baxılıb: 705 Çap et
Boksçularımız erməniləri məğlub edib  finala çıxdılarUkraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçıların adları məlum olub.

Həlledici görüşə vəsiqə qazananlar arasında milli komandamızın 4 üzvü də var. İki boksçumuz isə yarımfinalda uduzaraq bürünc medala sahib olub.

60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finala gedən yolda Ermənistan təmsilçisi Koryan Asteyan üzərində inamlı qələbə qazanıb - 3:0. Boksçumuz finalda Türkiyə idmançısı Tuğrulhan Erdemirlə qarşılaşacaq.

+80 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də finaldadır. Həmyerlimiz yarımfinalda Gürcüstanı təmsil edən erməni əsilli Artyum Yordanyanı məğlub edib - 3:0. Abdullayev finalda ukraynalı Akeksandr Xristevlə üz-üzə gələcək.
Cavid Hüseynov da (48 kq) yarımfinalda qalib gəlib. Hüseynov irlandiyalı Lorkan Harleksi üztələyib - 2:1. Boksçumuz qızıl medal uğrunda görüşdə ukraynalı Artyom Demyanenko ilə görüşəcək.

Niyaməddin Allahverdiyev isə (52 kq) yarımfinalda Şotlandiya nümayəndəsi Deklin Daffı məğlub edib - 3:0. Həmyerlimizin finaldakı rəqibi ingiltərəli Çarli Frankam olacaq.

Orxan Həsənov (54 kq) və Səid Məlikov (70 kq) isə yarımfinalda uduzaraq bürünc medalla kifayətləniblər (ANS PRESS).




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:57 İkinci gündə daha 1 gümüş və 1 bürünc medal Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır. Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb. 61 kq çəki dərəcəsində mübarizə aparan
21:28 Güləşçilərimizdən 2 medal: erməni rəqibini 12:0 yendi Azərbaycan idmançıları Polşada 23 yaşadək güləşçilər arasında keçirilən Avropa Çempionatının ilk günündə 2 medal qazanıblar Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. İlk dəfə keçirilən U-23
20:45 Boksçularımız ermənilərin dərsini verdilər Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir. Mediaxeberleri.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışın ikinci günündə ilk olaraq boksçularımızdan 49 kq çəki dərəcəsində çıxış edən Hacıbaba Fərziyev rinqə çıxıb. Amma həmyerlimiz
14:25 Boksçumuzdan qələbə Bu gün qadın boksçularımızdan 3-ü rinqə çıxacaq. Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. Mediaxeberleri.z xəbər verir ki, yarışda 34 ölkənin 240 idmançısı qələbə uğrunda mübarizə aparır. Yarışın ilk günündə rinqə çıxan boksçularımızdan
23:33 Qadın güləşçimizdən inamlı qələbə Mariya Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib. Güləş Federasiyasından Mediaxeberleri.az-a verilən məlumata görə, qadın güləşi üzrə yığma komandamız turnirdən tam heyətlə iştirak edib. Güləşçilərimiz

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az