t s

» » Nailə İslamzadə yenidən efirə qayıdıb

Nailə İslamzadə yenidən efirə qayıdıb

4-09-2019, 09:00 Yazar:  Firuzə Baxılıb: 68 Çap et
Nailə İslamzadə yenidən efirə qayıdıb
Azərbaycan Dövlət Televiziyasının (AzTV) unudulmaz simalarından olan, məşhur “Ailələr, talelər” verilişinin müəllifi, əməkdar artist Nailə İslamzadə yenidən efirə qayıdıb.

Mediaxeberleri.az
xəbər verir ki, bu barədə aparıcı Alidə Mustafayeva sosial şəbəkədə yazıb.

A.Mustafayeva qeyd edib ki, Nailə İslamzadə yeni mövsümdən İctimai Televiziyanın (İTV) efirində olacaq: “Onu bu gün qrim otağımızda gördüm. Qrim ustamızdan soruşdum ki, bizə təzə qız gəlib? Birdən mənə çatdı ki, bu odur. Gözəl və hətta çox gözəl Nailə İslamzadə. Xoş gəlmisiniz! Sizinlə eyni kanalda çalışacağımıza çox sevindim”.

Qeyd edək ki, Nailə İslamzadə AzTV-də 25 illik fəaliyyətindən sonra efirdən uzaqlaşaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində çalışıb. O eyni zamanda, Türkiyənin TRT AVAZ kanalında yayınlanan "İş'te kadın" proqramının aparıcısı olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
15:23 Televiziya aparıcılarının leksik norma səhvləri açıqlanıb – SİYAHI Azərbaycanın televiziya kanallarının qeyri-xəbər proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin leksik normasının pozulması faktları açıqlanıb. “Report”un xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında
13:03 Birincilik missiyası: AZTV 61 ildir onu böyük iftixar hissi ilə həyata keçirir Qafar Əsgərzadə əməkdar jurnalist Bu nəcib yol isə 1956-cı ilin 14 fevralında başlandı. Həmin gün Bakı Televiziya Studiyasının (indiki Azərbaycan Televiziyası) efirə çıxması ölkəmizin ictimai-siyasi və mədəni həyatında olduqca böyük hadisəyə çevrildi. Bu barədə çox danışılıb və yazılıb. Amma yenə
11:15 AzTv – millilik,müasirlik və uğurlar ünvanı Hər yeni ilə qədəm qoyanda, nədənsə, insan daha tez-tez arxaya boylanır, ötüb-keçənləri saf-çürük edir, nələr qazanıb, nələr itirdiyinə diqqət yetirir. Artıq 2017- ci ilin ilk ayını geridə qoymaqdayıq.Və bu bir ayda elə bir günüm olmayıb ki, xəyalən keçmişə qayıtmayım.Ən çox xatirələrim də
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az