Qızın “tok” vurma nəticəsində öldüyü ehtimal edilirRusiyanın Mordoviya Resublikasında 10 yaşlı məktəbli qız cərəyana qoşulu telefonda oyun oynayarkən ölüb.
“İnterfaks” xəbər verir ki, çarpayısına uzanıb telefondan istifadə edən qızı anası huşsuz vəziyyətdə və əllərində yanıq izləri ilə tapıb. Məktəbli dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qızın “tok” vurma nəticəsində öldüyü ehtimal edilir.(qafqazinfo.az)
Öz şərhini bildir: