t s

» » Gədəbəydə 63 yaşlı kişi ana və oğlunu bu səbəbə görə güllələyib - TƏFƏRRÜAT

Gədəbəydə 63 yaşlı kişi ana və oğlunu bu səbəbə görə güllələyib - TƏFƏRRÜAT

2-09-2019, 12:59 Yazar:  Firuzə Baxılıb: 74 Çap et
Gədəbəydə 63 yaşlı kişi ana və oğlunu bu səbəbə görə güllələyib - TƏFƏRRÜATXəbər verdiyimiz kimi Gədəbəy rayonu 63 yaşlı kişi qohumu və oğlunu “İJ-16” markalı ov tüfəngi ilə güllələyib.

Mediaxeberleri.az hadisənin təfərrüatlarını öyrənib.

Hər iki ailə arasında torpaq üstündə münaqişə olub. Belə ki, 1956-ci il təvəllüdlü Həsənov Əmiraslan Məqsəd oğlunun həyat yoldaşının valideynləri dünyasını dəyişəndən sonra hər iki tərəf arasında əmlak uğrunda münaqişə yaranıb. Həmin əmlak 25 sot torpaq sahəsindən və evdən ibarət olub. Sonradan Ə.Həsənov məhkəməyə müraciət edib. Məhkəmə 25 sot torpaq sahəsinin mülkiyyət hüququnu ona verib. Evin sənədi olmadığı üçün mülkün kimə məxsus olduğu müəyyənləşdirilməyib. Həmin evdə Əmiraslanın dünyasını dəyişən qayınının həyat yoldaşı Əliyeva İradə və onun iki qızı yaşayırmış. Ə.Həsənov onları evdən çıxarmaq istəyib. Buna görə də tərəflər arasında mülki mübahisə yaranıb. Bu zaman o, tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu 1985-ci il təvəllüdlü Vəliyeva Rüxsarə Məmməd qızına qolundan, onun 2004-cü il təvəllüdlü oğlu Əliyev Vüqar Aqşin oğlunu isə ayaq nahiyəsindən xəsarət yetirib. Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb. Alov yanğınsöndürmə briqadalarının və kənd sakinlərinin köməyi ilə söndürülüb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az