“Toontastic 3D - mənim animasiyalı dünyam!” adlı layihə uğurla icra olunur - Qazaxda
Elnur Quliyev, Mediaxeberleri.Az üçün Qazaxdan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib olmuş Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin direktoru Leyla Cahangir qızı Allahverdiyevanın “Toontastic 3D - mənim animasiyalı dünyam!” adlı layihəsi uğurla icra olunur. Layihənin təlimləri hazırda uğurla davam edir.