t s

» » Abbas Abbasovun qeyri-millətlərdən olan tərəfdarları etirazçılara hücum ediblər - FOTO

Abbas Abbasovun qeyri-millətlərdən olan tərəfdarları etirazçılara hücum ediblər - FOTO

20-02-2015, 16:49 Yazar:  Aygün Baxılıb: 552 Çap et
Abbas Abbasovun qeyri-millətlərdən olan tərəfdarları etirazçılara hücum ediblər - FOTOBu gün Moskvada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”un bir qrup üzvü toplantı keçirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Millətlər Evində keçirilən toplantıda “AzərRos”un fəxri prezidenti postu ləğv edilib.

Ağsaqqallar Şurasının sədri olduğunu deyən Abbas Abbasov sədr postundan və üzvlükdən, Rüstəm İbrahimbəyov isə istefa verdiyini açıqlayıblar, lakin tərəfdarları onların hər iki istefasını qəbul etməyiblər.

Daha sonra toplantı “AzərRos” Federal Şurasının sədri olmuş Mehriban Sadıqovanı qurumun prezidenti seçib. Qeyd edək ki, M. Sadıqova Söyün Sadıqov "Azərros"un sədri olduğu vaxt onun katibəsi vəzifəsində çalışıb.

Qeyd edək ki, toplantı keçirilən zaman "Azərros" üzvlərinin böyük əksəriyyəti, həmçinin Federal Şuranın üzvləri Moskva Millətlər Evinin qarşısına toplaşaraq, bu toplantıya etiraz ediblər. Onlar bildiriblər ki, "Azərros"un növbəti qurultayı martın 6-da olacaq. Buna görə təşkilat üzvləri bu toplantının "qurultay" adlandırılmasına etiraz ediblər və "Azərros"u parçalamaq cəhdi kimi qiymətləndiriblər.

Etirazçılar Abbas Abbasovu və tərəfdarlarını dialoqa dəvət ediblər. Lakin Abbas Abbasovun tərəfdarları bir qrup qeyri-millətlərdən olan idmançılarla birgə etirazçılara hücum ediblər və onları ərazidən uzaqlaşdırmağa cəhd ediblər.


Abbas Abbasovun qeyri-millətlərdən olan tərəfdarları etirazçılara hücum ediblər - FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:02 Abbas Abbasov Azərbaycan xalqını aşağıladı Erməniyönlü sayta müsahibəsində “Alver qanımızdadır” deyən RATİ-nin odioz üzvü “AzerRos”u əldə saxlamaq üçün son həmləyə hazırlaşır; Azərbaycanın Rusiyadakı səfirinin müavinindən Abbasovun ünvanına sərt ittihamlar gəldi Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti - “AzerRos” ətrafında
22:56 Məşhur dietoloq: Mənə təcavüz ediblər - FOTO “Nə gözəl ombanız var”. Məşhur dietoloq Canan Karatay verilişlərin birində “Mənə təcavüz ediblər” deyərək başına gələn xoşagəlməz hadisədən danışıb. Mediaxeberleri.az xəbər verir ki, Canan Karatay Show TV-də qatıldığı “Hər Şey Daxil” proqramında Özgecan Aslan cinayətinə üsyan edib. Yaşadıqları
20:44 Ağsaqqallar Şurasının illik yığıncağı keçirildi Respublika Ağsaqqallar Şurası Məclisinin illik yığıncağı keçirilib. Mediaxeberleri.az-ın məlumatına görə, tədbirdə Ağsaqqallar Şurasının 2014-cü ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edilib. Yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah
15:11 Şeyx Azərbaycandakı məzhəb ayrılığından danışdı Dini Qurumlar üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran Təqvim Şurasının üzvləri ilə keçirilən görüşdə deyib: “Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var, əsasən isə İslam dininin şiə və sünni

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az