t s

» » BƏƏ-də insanların qardaşlığı barədə sənədin icrası məqsədilə Ali Komitə yaradılır

BƏƏ-də insanların qardaşlığı barədə sənədin icrası məqsədilə Ali Komitə yaradılır

21-08-2019, 08:26 Yazar:  Firuzə Baxılıb: 141 Çap et
BƏƏ-də insanların qardaşlığı barədə sənədin icrası məqsədilə Ali Komitə yaradılır
Roma Papası Fransisk ilə “Əl-Əzhar” İslam Universitetinin baş imamı Şeyx Əhməd Al-Tayib arasında BƏƏ-nin paytaxtında bu ilin fevralında imzalanmış “İnsanların qardaşlığı barədə deklarasiya”nın icrası üçün Əbu-Dabidə Ali Komitə yaradılır.

Mediaxeberleri.az
yerli KİV-ə istinadla xəbər verir ki, insanların qardaşlığı barədə sənəddə əks olunan məqsədlərin həyata keçirilməsini təmin edən və onun strukturunun hazırlanmasına cavabdeh olacaq komitəyə Birləşmiş Ərəb Əmirlikləri, Misir, İspaniya və İtaliyadan üzvlər daxil olacaq.

Yeni komitə sənədin məqsədlərinə çatmaq istiqamətində plan hazırlayacaq və onun həyata keçirilməsinə nəzarət edəcək. Sənəddə öz əksini tapan mesajların geniş yayılması və dəstəklənməsi məqsədilə dini liderlərlə və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu qurum, həmçinin qarşılıqlı razılıq əsasında yeni üzvlər cəlb etmək imkanına malikdir.

Xatırladaq ki, 2019-cu ilin fevralın 6-da Əbu-Dabidə “Əl-Əzhar” İslam Universitetinin baş imamı Şeyx Əhməd Al-Tayib və Roma Papası Fransisk “İnsanların qardaşlığı” mövzusunda keçirilən beynəlxalq konfransın yekunlarına dair birgə sənəd imzalayıb. Sənəddə tolerantlıq mədəniyyətinin yayılması, sülh, qarşılıqlı anlaşma, terrorizm və ekstremizmə qarşı mübarizə çağırışları yer alıb. Bu sənədin imzalanması Vatikanla Əl-Əzhar, habelə müsəlmanlarla xristianlar arasında münasibətlərin tarixində ən mühüm addımlardan biri sayılır.

Əbu-Dabinin vəliəhdi və BƏƏ-nin silahlı qüvvələrinin baş komandanın müavini Şeyx Məhəmməd bin Zaed Al Nahayan bildirib ki, onun ölkəsi sülhə xidmət edən, qardaşlıq prinsiplərinin və xalqların sülh şəraitində birgə yaşamaları üçün göstərilən bütün səyləri dəstəkləyir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:00 Azad Rəhimov Əbu Dabidə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi şəhərində start götürən Dünya Xüsusi Olimpiya Oyunlarının açılış mərasiminə qatılıb. Mediaxeberleri.az xəbər verir ki, səfər çərçivəsində nazir Azad Rəhimov Abu Dabinin Vəliəhdi, BƏƏ-nin
12:20 ”Abel Məhərrəmovla dostam, o yazılanlar... ” - Şeyxülislamdan ölkə gündəmini dəyişəcək açıqlamalar Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Yeni Müsavat” qəzetinə müsahibə verib. Hörmətli Şeyximiz həmin müsahibədə son günlərin gündəm mövzularına dair bütün suallarımızı cavablandırıb. Hətta Şeyx həzrətləri hələ heç yerdə demədiyi bəzi məsələləri də müxbirimizə
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
21:44 Ağstafada ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO+VİDEO “Ağstafa rayonu İcra hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirildi. Mediaxeberleri.az-ın məlumatına görə, Ağstafa şəhəri Heydər Əliyev Mərkəzinin böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikası
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az