t s

» » Kimdir Azərbaycanda əsl ziyalı?!

Kimdir Azərbaycanda əsl ziyalı?!

20-08-2019, 08:59 Yazar:  Firuzə Baxılıb: 235 Çap et
Kimdir Azərbaycanda əsl ziyalı?!
Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov ziyalılarla bağlı maraqlı çıxış edib.

Mediaxeberleri.az olaraq həmin çıxışı oxucularımıza təqdim edirik:


“Artıq cəmiyyətimizdə “ziyalı”nın kim olduğu barədə yanlış təəssürat yaranıb, daha doğrusu “ziyalı” oz mahiyyətindən kənar düşüb. Ziyalı kimdir? Bu təbəqəyə kimləri aid etmək olar? Əvvəla “ziyalı” nə təhsil səviyyəsi nədə ki, tutulmuş mövqe deyil. “Ziyalı” düşüncə tərzidir. İlk növbədə ziyalı tərəf müqabilinə hörmətlə yanaşan və onu dinləmək qabiliyyətli və nəticə çıxarmaq qabiliyyətli şəxsdir. Əsl ziyalı çox həssasdır, heç vaxt heç kəsi alçaltmaz, kobudluq etməz, paxıllıq etməz və heç kəsə özünə arzulamadığını arzulamaz. Bütün pisliklər genetik quruluşuna zidd olan şəxslər ziyalıdır.

Ziyalı o şəxs deyil ki, klassik ədəbiyyatı bilsin, klassik rəssamlıqdan anlayışı olsun, muzeyləri gəzsin, klassik musiqi dinləsin, teatr və kinoya getsin. Bütün bu deyənlər əsas şərt deyil. Qeyd edilənlər ziyalıya xas olsa da, əsl ziyalı bilikli və elmli, gözəl görüntülü və maneralı insan deyil. Ziyalı qəlbi geniş və qəlbən varlı ətraf dünyaya biganə qalmamaq, yeni bilikləri mənimsəmək və mədəni dəyərləri qavramaq və qorumaq bacarığıdır, mənəvi anlayışı yüksək olan zəkalı şəxsdir. Ziyalı şəxsin borcu onu əhatə edən cəmiyyətə biganə olmamağı və insanlara xeyirxahlıq hissidir. Deməli ziyalılıq düşüncə tərzidir. Qeyd edilənlər dən kənar düşüncəyə malik, hər hansı bir mövqe tutan, təhsilli, titullar və medallara sahib adamlar ziyalı sayılmır.

Əsl ziyalı hər bir cəmiyyətin inkişafı, milli mənəvi dəyərlərin qorunması, dövlət və dövlətçiliyin saxlanılması üçün dayaq nöqtəsi və qoruyucu immunitetdir. Ziyalı canlı bir orqanizm olan dövlətin və xalqın refleks xüsusiyyətidir, ziyalı xalqın və dövlətin mayakıdır.

Çox təəssüf ki, doğma vətənimizdə ziyalılar bir təbəqə kimi yox olmaqdadır və özlərini xalqın ziyalısı kimi hiss edənlər xalqımızın milli, mənəvi dəyərlərinə, adət ənənələrinə və bizi bir millət edən identik quruluşumuzun tərkib hissəsi olan mentalitetimizə edilən təhdidlərə qarşı reaksiya vermirlər. Dövlət və dövlətçiliyimizə, suverenliyimizə, sosial rifahımıza təhlükə yaradan hallara münasibət bildirmirlər. Sovet dönənimdə belə, repressiyalara baxmadan Əhməd Cavad, Şıxəli Qurbanov, Hüseyn Cavid, Xudu Məmmədov, Mikayıl Müşfiq və adlarını saymadığım digər Azərbaycan oğulları əsl ziyalı kimi xalqın önündə idilər və bir mayak kimi xalqa istiqamət verirdilər. Müstəqilliyimiz dövrümüzdə isə tam əksinə olan proseslər baş verməkdədir. Milli, mənəvi dəyərlərimiz məhv edilir, ərazi bütövlüyümüz pozulub, dövlətə və xalqa xidmət yaltaqlıqla əvəz olunub. Budumu ziyalılıq?! Mənə məlum olan qədər deyə bilərəm ki, özlərini ziyalı sayan ara sıra cəmiyyətimizdə baş verən neqativ hallara münasibət bildirən demək olar yoxdur əgər ki, hörməli Rəşid Mahmudovu və çox az olsa da belə səsini eşitdiyimiz Çingiz Abdulayevdən və adını çəkmədiyim və bir əldə olan barmaq sayından artıq olmayan şəxslərdən başqa. Ara sıra Fazil Mustafa da Milli Məclisdə öz vəzifə borcunu yerinə yetirməyə çalışır. Bəs qalanları, həmin yox kimi görünən, susan “ziyalı”lar niyə ziyalı adına iki əlli yapışıblar?!

Həqiqətən etiraf etmək lazımdır ki, həm bir xalq olaraq həmdə bir dövlət olaraq Azərbaycan cəmiyyətinin əsl ziyalıya ehtiyacı var, Azərbaycan xalqı əsl ziyalı axtarışındadır, imamlar susuz səhrada su axtaran kimi. Allah xalqımızı və dövlətimizi qorusun”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az