t s

» » Nazirlik əməkdaşı bilyard üzrə dünya ikincisi oldu

Nazirlik əməkdaşı bilyard üzrə dünya ikincisi oldu

16-08-2019, 12:45 Yazar:  Firuzə Baxılıb: 25 Çap et
Nazirlik əməkdaşı bilyard üzrə dünya ikincisi olduNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Seymur Məmmədov bilyardın "sərbəst piramida" növü üzrə keçirilən Dünya Çempionatında ikinci yerə layiq görülüb.

Nazirlikdən Mediaxeberleri.az-a verilən məlumata görə, Qırğızıstanın Çolpon-Atada şəhərində təşkil olunan Dünya Kuboku üzrə yarışda 25 ölkədən 108 idmançı iştirak edib. Hər görüşün müddəti 1 saat 20 dəqiqə olan yarışda 86 kişi, 21-i qadın mübarizə aparırıb.

Həmyerlimiz Seymur Məmmədov yarımfinalda qırğız Madaminov Aziz adlı bilyard ustasını məğlub edərək finala vəsiqə qazanıb. Finalda rusiyalı Semyon Zaytsevlə gərgin mübarizədə Seymur Məmmədovu qələbədən cəmi bir top ayırıb.

Qeyd edək ki, idmançımız iki dəfə bilyard üzrə Avropa çempionatında 2-ci yerin sahibi, Qafqaz kubokunun qalibi olub. Seymur Məmmədov bu günə qədər bilyard üzrə yüksək nəticə göstərən ilk və yeganə azərbaycanlıdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:30 UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazandı - FOTO Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idman zalında qadın voleybolçular arasında birinci Liqa Yarışlarına yekun vurulub. Mediaxeberleri.az xəbər verir ki, final görüşündə UNEC və “Azərreyl” komandaları qarşılaşıblar. Maraqla və həyəcanla izlənilən oyunda UNEC komandası 3:0 hesabı ilə
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
09:27 Azərbaycanın milli komandası Alpaqut Turan döyüş üzrə Dünya Kubokunun qalibi adını qazanıb 25 noyabr 2017 ci ildə Sərhədçi Olimpia İdman Kompleksində Alpaqut Turan Döyüş Sənəti üzrə Dünya kuboku keçirilib. Qeyd edək ki, yarış Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcədə Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası tərəfindən təsdiq edilərək razılaşdırılmışdır. Yarışı Dünya Alpagut
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
14:17 Azərbaycanı "Bakı-2015" - də təmsil edəcək idmançıların adları açıqlanıb Azərbaycanı "Bakı-2015" I Avropa Oyunlarında təmsil edəcək idmançıların adları açıqlanıb. Heyətdə həm yerli, həm də legioner idmançılar var. Azərbaycan badminton, suya tullanma və sinxron üzgüçülükdə ən az sayda - 2 idmançı ilə təmsil olunacaq. Təmsilçilərin sayı baxımından ateltikada mübarizə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az