t s

» » Telman Hacıyev bir neçə nəfər tərəfindən döyülərək öldürülüb? - Bu iddialar istintaq orqanı tərəfindən araşdırlır

Telman Hacıyev bir neçə nəfər tərəfindən döyülərək öldürülüb? - Bu iddialar istintaq orqanı tərəfindən araşdırlır

16-08-2019, 11:47 Yazar:  Firuzə Baxılıb: 50 Çap et
Telman Hacıyev bir neçə nəfər tərəfindən döyülərək öldürülüb? - Bu iddialar istintaq orqanı tərəfindən araşdırlırZaqatalada baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Mediaxeberleri.az-ın yerli bürosunun verdiyi xəbərə görə, faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.-1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Bəzi iddialara görə, Telman Hacıyev bir neçə nəfər tərəfindən döyülərək öldürülüb. Bu iddialar istintaq orqanı tərəfindən araşdırlır.

***

15 avqust, saat 09:28

Zaqatalada keçmiş məhkum 42 yaşlı kişini qətlə yetirib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə avqustun 14-dən 15-ə keçən gecə rayonun Kəpənəkçi kənd inzibati ərazisində baş verib. Belə ki, rayonun Qandax kənd sakini, 1982-ci il təvəllüdlü Kərim Bəhram oğlu Kərimovla rayonun Kəpənəkçi kənd sakini Telman Hacı oğlu Hacıyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı K. Kərimov T. Hacıyevin baş nahiyəsinə vurub. T. Hacıyev aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli sayılan K. Kərimov saxlanılıb. Məlumatda bildirilir ki, K. Kərimov əvvəllər Rusiya Fedarasiyasında cinayət törətdiyinə görə məhkum edilib.

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Zaqatala rayon şöbəsinə verilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az