t s

» » DİN-in mühüm qərarı: qəzalar azalacaq

DİN-in mühüm qərarı: qəzalar azalacaq

16-08-2019, 08:47 Yazar:  Rahib Baxılıb: 46 Çap et
DİN-in mühüm qərarı: qəzalar azalacaq
Avtomobil yollarında qəzaların, qanun pozuntularının qarşısının alınması üçün DİN bir qədər əvvəl yeni üsulun tətbiqinə başlayıb. Praktikadan aydın olduğu kimi, sürücülər yol kənarında dayanan YPX avtomobilinin maketini uzaqdan gördükləri anda sürəti aşağı salırlar. Hətta sürət həddi 60 km/saat olduğu yerlərdə belə “polis avtomobili”nin yanından daha aşağı sürətlə keçən sürücülər də az deyil.

Əslində, tətbiq olunan yeni üsul müsbət nəticə əldə olunmasına xidmət edir. Lakin bu maketi görüncə təşvişə düşən sürücülərin hərdən qəfil tormozlama, hərdən də dərhal zolağı dəyişməsi başqa problemlərə səbəb ola bilər. Bu məsələ ilə bağlı insanlar arasında fərqli fikirlər mövcuddur. Bəziləri dəstəklədiklərini desələr də, bir qrup insan yeni tətbiqin effekt verməyəcəyini düşünür. Məncə, quraşdırılan YPX avtomobili maketləri sürücülərdə məsuliyyət hissini artıracaq və qaydalara əməl etməyə zəmin yaradacaq. Çünki bir çox sürücülər istər yol patrul əməkdaşı, istərsə də texniki vasitələrlə nəzarət olunmayan yerlərdə digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq bahasına olsa belə, qaydaları pozmağa meyllidirlər. Bu xüsusiyyət həm də insanın xarakterindən və onun sosiallaşma səviyyəsindən xəbər verir.

Yol hərəkətinin bütün iştirakçıları öz vəzifə borclarını düzgün icra etsələr, polisin də işi yüngülləşmiş olar və əlavə vasitələrin tətbiqinə ehtiyac qalmaz. Bu məsələyə hansı tərəfdən baxırıqsa baxaq, bütün hallarda bunu tələb edən bizik. DİN-in işi isə vətəndaşları düzgün yola dəvət etmək, tələbləri pozanları isə cərimələməkdir. Avtomobil idarə etmək əslində bir mədəniyyətdir. Vətəndaşın nəqliyyat vasitəsini idarə etməsindən onun insani keyfiyyətləri bəlli olur. Hərdən yüksək mahnı səsi ilə sağdan-soldan ötmə əməliyyatı apararaq, yerli-yersiz siqnal verməklə rahatlığımızı pozan sürücülərə rast gəlirik. Bu tip insanları qayda-qanuna əməl etmələri üçün hər cür texnoloji dəyişikliklər zəruridir. İstənilən halda məsuliyyətdən yayınma halları az da olsa baş verəcək. Eyni zamanda, qəzalar da azalacaq.

Ümid edək ki, sürücülər qorxudan yox, yolda hərəkətin məsuliyyətini dərk edərək qanunlara əməl etsinlər. YPX-nin tətbiqləri sadəcə olaraq baş verəcək hadisənin qarşısının alınmasına xidmət edir. Hadisəni törətmək və onun nəticələrinə görə məsuliyyət daşımaq isə vətəndaşın işidir. Qanunu qoruyan və ona əməl edənlər arasında qarşılıqlı anlaşma şəklində idarə olunan nəqliyyatın hərəkəti inanıram ki, yeniliklərin tətbiqi ilə daha da asanlaşacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:33 Yol polisi saxlayan zaman sürücülərin əzbər bilməli olduğu 10 bənd - Tural Yusifov yazır... Dövlət yol polisinin inspektoru sənin qanunu pozduğunu bildirir, sən isə əksini düşünürsən. Bu mübahisəni sonlandırmaq üçün mütləq ya kitaba baxmalısan, ya da internetdə axtarış etməlisən. Amma yaxşı olar ki, bir neçə maddəni əzbər biləsən. Nəzəri olaraq, sürücü YHQ-nin bütün maddələrini əzbər
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az