t s

» » Baş məşqçi məğlubiyyətdə özünü günahlandırdı

Baş məşqçi məğlubiyyətdə özünü günahlandırdı

16-08-2019, 08:00 Yazar:  Firuzə Baxılıb: 69 Çap et
Baş məşqçi məğlubiyyətdə özünü günahlandırdı
"Oyun istədiyimiz kimi alınmadı. Rəqib bütövlükdə yenə müdafiə olundu. Əlbəttə, bugünkü məğlubiyyətdə özümü günahlandırıram. Məncə, komandama nəyisə çatdıra bilmədim ki, daha ürəklə döyüşsünlər".

Mediaxeberleri.az
xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin İsraildə "Bney Yehuda"ya 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, çatışmayan cəhətləri dəyişmək lazımdır: "Oyunçulara tapşırmışdım ki, səbrli olsunlar. Buna rəğmən, qapımızdan erkən qol buraxdıq. Sonradan isə anlaşılmazlıqdan daha bir qol buraxdıq. Çalışırdıq ki, oyun istədiyimiz kimi getsin. Amma rəqib müdafiə olunur, boşluqlar buraxmırdı. Biz isə uzun ötürmələrdən yararlanmağa çalışırdıq. Amma bu, alınmadı. Artıq Premyer Liqa start götürür. Bəzi dəyişikliklər etmək lazımdır".

Bordin komandasında hücumlar zamanı panika yaşamaları fikri ilə razılaşmayıb: "Qol buraxan komandanın dönüş yaratmaq istəyi normaldır. Biz də buna çalışırdıq. Mərhələ keçməmək üzücüdür. Buna çox inamım var idi. Çalışmalıyıq ki, özümüzü motivasiya edək və çempionata yaxşı başlayaq".

Baş məşqçi ilk matçla müqayisədə rəqbin daha dərindən müdafiə olunduğunu bildirib. Vangelis Platellas və Rəhman Hacıyevi cinahlardan asmalar etdiyi üçün irəli buraxdığını söyləyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:49 AFFA-nın milliləşdirdiyi futbolçu: "Məni maraqlandıran tək şey puldur" "Sumqayıt"dan ayrılan Azərbaycan millisinin israilli futbolçusu Əli Babayev maariv.co.il saytına müsahibə verib. Mediaxeberleri.az xəbər verir ki, 28 yaşlı futbolçu "Sumqayıt"dan ayrılmasından və Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaq "Bney Yehuda" (İsrail) - "Neftçi" cütü barədə
09:01 “Neftçi” məğlubiyyətdən belə xilas oldu - Video UEFA Avropa Liqasındakı təmsilçimiz “Neftçi” üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İsrailin “Bney Yehuda” (Tel-Əviv) klubu ilə qarşılaşıb. "Neftçi" və İsrailin "Bney Yehuda" komandalarının UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün start heyətləri belə olub.
08:45 "İnanıram ki, növbəti mərhələyə adlayan tərəf biz olacağıq" - Roberto Bordin "İlk dəqiqədən rəqibin müdafiə olunacağını gözləyirdik. Bütün komanda ilə müdafiədə oturdular. Arxadan hücumlar qurmaq çətindir. Onlara əks-hücum üçün şərait yaratdıq. Qol buraxandan öncə də təhlükəli epizodlarımız oldu. Hesabda geri düşməyimizə baxmayaraq toparlana bildik. Futbolçular sona qədər
10:20 "Neftçi"nin baş məşqçisi xərçəng xəstəliyinə qalib gəlib "Neftçi" futbol komandasının baş məşqçisi Roberto Bordin xərçəng xəstəliyinə qalib gəlib. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə "Sportevai" nəşrində italiyalı mütəxəssis barədə dərc olunmuş yazıda bildirilir. Qeyd olunur ki, 1996-1997 mövsümündə "Napoli"də çıxış etdiyi vaxt Bordinin
08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az