t s

» » Gələn aydan mineral gübrələrin güzəştli satışına başlanır

Gələn aydan mineral gübrələrin güzəştli satışına başlanır

15-08-2019, 22:17 Yazar:  Firuzə Baxılıb: 71 Çap et
Gələn aydan mineral gübrələrin güzəştli satışına başlanır
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ammofos gübrəsinin Cəmiyyətin bütün regional nümayəndəliklərinin və rayon bölmələrinin logistik gübrə anbarlarında güzəştli şərtlərlə satışını həyata keçirir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ammofos gübrəsinin 1 tonunun satış qiyməti 1000 manata, dövlət tərəfindən tətbiq edilən 70% güzəştlə 300 manata və müvafiq olaraq 50 kiloqramlıq 1 kisəsi 15 manata satılır. Kənd təsərrüfatı məhsulları istehsalçıları mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sənədlərini, kənd icra nümayəndəliyindən əldə etdiyi ərizə və məlumat formasını, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə mineral gübrələri güzəştli şərtlərlə əldə edə bilərlər.

Sentyabr ayından etibarən Cəmiyyətin rayon bölmələri ilə yanaşı, uzaq məsafələrdə yerləşən ucqar kəndlərdə mineral gübrələrin, xüsusilə mövsümə uyğun ammofos gübrəsinin səyyar satışı təşkil olunacaq. Səyyar satış zamanı fermerlərimiz müvafiq sənədləri təqdim etməklə və yerindəcə ödəniş etməklə öz kəndlərində güzəştli şərtlərlə mineral gübrələrdən əldə edə biləcəklər.

Qeyd edək ki, ammofos azot-fosfor qarışıqlı komleks gübrədir, tərkibində 12% azot və 52% fosfor vardır. Əksər bitkilərdə əkindən öncə şum altına, səpinlə birgə və torpaqda fosfor çatışmazlığı olduğu halda yemləmə olaraq tətbiq edilir. Ammofos fosfor ağırlıqlı kompleks gübrə olduğuna görə ölkəmizdə əsasən payız aylarında dənli bitkilərin əkini zamanı və əkinqabağı şum altına verilir. Ammofos torpaqda münbitliyin artmasına və bunun sayəsində əkilən məhsulun keyfiyyətinin və məhsuldarlığın yüksəlməsinə, böyümənin və inkişafın normallaşdırılmasına kömək edir.

Cəmiyyət ötən illərdəki təcrübəyə əsaslanaraq cari ildə də mövsüm başlamamışdan əvvəl ammofos gübrəsinin satışına tam hazırdır.

Femida.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:23 “Aqrolizinq”in azot alveri- Fermerlərə "gübrə divanı" “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsi fermerlərə çatacaq azot gübrəsini açıq bazarda satdırır. Azot gübrəsinin bir kisəsinin fermerlərə dövlət tərəfindən satışı 9 manat 10 qəpikdir. 9 manat azot gübrəsi üçün, 10 qəpik isə fəhlənin əlmuzdusu kimi hesablanır. Sözügedən gübrənin
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az