t s

» » Azərbaycanda minimum istehlak səbətinin yeni tərkibi təsdiq edilməlidir

Azərbaycanda minimum istehlak səbətinin yeni tərkibi təsdiq edilməlidir

15-08-2019, 18:11 Yazar:  Firuzə Baxılıb: 60 Çap et
Azərbaycanda minimum istehlak səbətinin yeni tərkibi təsdiq edilməlidir
Nazirlər Kabineti "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarına sonuncu dəfə 12 İyun 2014-cü ildə dəyişiklik edib. Yeni səbət 2015-ci ilin 1 yanvarından qüvvədədir. 2015-ci ildə manatın 2 dəfə devalvasiya uğraması, 2017 və 2018-ci illərdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatması, son illər ərzində informasiya və kommunikasıya texnologiyalarının, sosial-iqtisadı tərəqqinin inkişafı, eləcə də cari ildəki əmək haqqı artımları əhalinin istehlakının strukturunda da əhəmiyyətli dəyişikliklərə gətirib çıxarıb. Lakin bütün bunlara baxmayaraq Nazirlər Kabineti 5 ildir ki, minimum istehlak səbətinin tərkibini müəyyələşdirmək üçün normativləri sabit saxlayır. Beləliklə də sivil ölkələrdə hər il yeniləşən minimum istehlak səbətinin tərkibi Azərbaycanda dəyişməz qalıb. Bu isə xüsusilə də sosial siyasətin önə çıxdığı hazırkı dövrdə aparılan dəyişikliklərin əsaslandırılmasını çətinləşdirir. Odur ki, Nazirlər Kabinetinə təklif edirəm ki, 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarına yenidən baxıb, müvafiq dəyişikliklər etsin və növbəti ildən minimum istehlak səbəti təzə normativlər əsasında həm Bakı, həm də regionlar, eləcə də uşaqlar üçün müxtəlif yaş qrupları (0-6, 6-10, 10-15) üzrə ayrılıqda hesablasın.
Eyni zamanda Dövlət Statistika Komitəsinin nəzərinə çatdırıram ki, istehlak qiymətləri indeksinin müəyyənləşdirilməsində istifadə olunan 585 adda mal və xidmət səbətinin tərkibinin də yeniləşməsi, əmtəələrin xüsusi çəkilərin müasirləşməsi və bu məqsədlə ev təsərrüfatları arasında yeni sorğunun keçirilməsinin də zamanı çoxdan çatıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az