t s

» » Azərbaycan səfirliyi Şimali Qafqaz Gənclər Forumunda baş vermiş hadisə ilə əlaqədar Rusiya XİN-ə nota verib

Azərbaycan səfirliyi Şimali Qafqaz Gənclər Forumunda baş vermiş hadisə ilə əlaqədar Rusiya XİN-ə nota verib

15-08-2019, 08:12 Yazar:  Firuzə Baxılıb: 88 Çap et
Azərbaycan səfirliyi Şimali Qafqaz Gənclər Forumunda baş vermiş hadisə ilə əlaqədar Rusiya XİN-ə nota verib
Azərbaycanın Rusiyadakı səfirliyi Pyatiqorsk şəhərində Şimali Qafqaz Gənclər Forumunda baş vermiş hadisə ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə nota verib.

Mediaxeberleri.az
xəbər verir ki, səfirlikdən AZƏRTAC-a bildiriblər ki, avqustun 9-da Rusiyanın Pyatiqork şəhərində keçirilmiş “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu çərçivəsində Ermənistanın Rusiyadakı səfiri tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da forumda iştirak edən “Gənclərin Bakı klubu” İctimai Birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib.

Sabir Rüstəmov bununla bağlı səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərib.

Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha əvvəl əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:53 Ağstafada gənclərin hərbi xidmətə yola salınması “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
14:38 AzTV-nin “sehirli” kamerası, diasporun harayı və səfirin hikkəsi –Kiyevdən reportaj III HİSSƏ “Xoş gördük, cənab səfir” demişdik ki, Azər müəllim açıldı, nə açıldı... Bir anlıq yerimizdəcə donub qaldıq. Kənardan müdaxilə edib, jurnalisti itələməyə cəhd edən də tapıldı: - Noolub ə, qaqaş? (Qaqaş ey...) - Ay yoldaş, qaqaşın 43 yaşı var... Ümumiyyətlə, siz kimsiz? Açığı
08:30 Səfirliyə açılan "atəş", gizli arayışlar və diplomatın etirazı - Kiyevdən reportaj (II HİSSƏ) FOTO/VİDEO Qovluğundakı sənədləri ehmalca masa üzərinə düzən sabiq səfir, danışdıqca gah həyəcanlanır, gah da dərin fikrə gedib, sükuta qərq olurdu. Ondan söhbətin hansı arayışlardan getdiyini soruşduq. Sənədlərdən bir neçəsini əlinə götürüb, “Bu arayışlardan mənim xəbərim olmayıb. Azər Xudiyev səfirliyə hər
23:01 Diplomatların davası, müəmmalı məktublar və çat verən səfirlik – Kiyevdən reportaj (Fotolar) 1-ci HİSSƏ İlk dəfə Ukraynaya jurnalistlərdən ibarət böyük bir heyətlə getmişdik. 2014 -cü ilin noyabr ayı idi, “Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində “Dnepr”lə qarşılaşacaqdı. Təxminən 20 nəfər jurnalist buradan qatarla Tiflisə, oradan isə təyyarə ilə Kiyevə üz tutmuşduq. Kiyevə çatıb, təzəcə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az