t s

» » Abşeron və Şəmkirdə qurbanlıq heyvan kəsimi və satışı aparılan yerlərdə dezinfeksiya işləri yekunlaşıb

Abşeron və Şəmkirdə qurbanlıq heyvan kəsimi və satışı aparılan yerlərdə dezinfeksiya işləri yekunlaşıb

14-08-2019, 22:49 Yazar:  Firuzə Baxılıb: 54 Çap et
Abşeron və Şəmkirdə qurbanlıq heyvan kəsimi və satışı aparılan yerlərdə dezinfeksiya işləri yekunlaşıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən bu gün səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbirinə başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, artıq Abşeron rayonunda müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının və kəsiminin aparıldığı 5, Şəmkir rayonunda isə 2 yerdə ödənişsiz əsaslarla dezinfeksiya tədbirləri yekunlaşıb.

İnfeksion və invazion xəstəliklərin qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpilib, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılıb.

Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlılığı təmin olunub.

Qeyd edək ki, bu tədbir digər rayon və şəhərlərdə ardıcıl şəkildə davam etdirilir. Tədbirin avqustun 16-da yekunlaşması nəzərdə tutulur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:33 Qurban bayramı ilə bağlı üç qurum açıqlama yayıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər Nazirlikləri Qurban bayramı münasibəti ilə birgə açıqlama yayıb. Mediaxeberleri.az mətni təqdim edir: "Hər zaman milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşan Azərbaycan xalqı Qurban bayramını böyük ruh
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
08:55 Qurban bayramı ilə əlaqədar baytarlıq nəzarəti gücləndirilib - ƏMR Bu il sentyabrın 1-2-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar dövlət baytarlıq nəzarətinin gücləndirilməsi haqqında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən (DBNX) əmr verilib. DBNX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əmr respublikanın
08:57 Heydər Əsədovun kadrı özünü toxunulmaz hesab edir... - Dövlət Baytarlıq Nəzarəti Xidmətində özbaşınalıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarların işinə müdaxilələrin qarşısının alınmasına yönəldilmiş tədbirləri, korrubsiya qarşı barışmaz mövqeyi bir çox bu çirkaba bulaşan, “xalqıma xidmər edirəm” hay-küy salan bəzi məmurların artıq qorxulu yuxusuna çevrilsə də,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az