t s

» » Əmək pensiyalarının minimum məbləği artırıldı

Əmək pensiyalarının minimum məbləği artırıldı

14-08-2019, 22:25 Yazar:  Firuzə Baxılıb: 80 Çap et
Əmək pensiyalarının minimum məbləği artırıldı
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur.
29.1-ci maddədə “və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı” sözləri çıxarılır.

Aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilir:

“29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.”.
Qanun 2019-cu il oktyabrın 1-dən qüvvəyə minir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:29 “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik qüvvəyə mindi Bu gün “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun qüvvəyə minib. Mediaxeberleri.az “Report”a istinadən xəbər verir ki, bu dəyişiklik 2006-cı ilədək pensiyaya çıxanlarla bağlıdır. Qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinə əlavə edilən yeni –
13:20 “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir, 25 il sığorta stajı hamı üçün hesablanacaq Azərbaycanda “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir. Mediaxeberleri.az xəbər verir ki, qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinə əlavə edilən yeni – 30-cu bəndə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə
09:47 Səlim Müslümov: “Fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımlarla birgə ödəniləcək” Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin
12:50 Azərbaycanda nə dəyişdirilir? – REFERENDUM AKTI Bu gün Azərbaycanda referendum keçirilir. Mediaxeberleri.az dövlət başçısının rəsmi saytına istinadən səsverməyə çıxarılan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının tam mətnini oxuculara təqdim edir: 1. 9-cu maddənin I hissəsi aşağıdakı
17:18 İlham Əliyev 3 fərman imzaladı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, fərmanda

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az