t s

» » Tovuzun bu küçəsinə 25 ildir su verilmir - ŞİKAYƏT

Tovuzun bu küçəsinə 25 ildir su verilmir - ŞİKAYƏT

14-08-2019, 22:14 Yazar:  Firuzə Baxılıb: 58 Çap et
Tovuzun bu küçəsinə 25 ildir su verilmir - ŞİKAYƏT
Tovuz rayonunda içməli su problemi hələ də həllini tapmır.

Şəhərin Xaqani küçəsində yerləşən binalara 25 ildir su verilmir.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə məlumatı Cebhe.info-ya “Altay” Araşdırma Mərkəzinin sədri, tanınmış jurnalist Elçin Bayramlı verib.



Onun sözlərinə görə, sakinlər məcbur qalıb alternativ yollara baş vururlar:

“İki beşmərtəbəli binanın sakinləri öz hesablarına balaca bir artezian qazdırıb, o da az su verir. Hətfədə bir dəfə su vurulur, hamı evdəki çənini doldurur. O da heç 2-3 günə çatmır. Ona görə də bəziləri 500-1000 manat kreditə girib özünə əlavə çən alıb, düzüb blokların qabağına. Şəhər su xəttindən bu binalara bircə damcı da su verilmir. Halbuki son 15 ildə rayonun içməli su probleminin həllinə milyonlarla pul ayrılıb”.

E. Bayramlı bildirib ki, su probleminin həlli üçün ayrılan pulların necə xərclənməsi ilə bağlı məlumatlar əldə edib. Yaxın günlərdə bu məlumatları ictimaiyyətə açıqlayacaq: “Bu pulların necə xərcləndiyi haqda mənə mötəbər mənbədən çox maraqlı məlumatlar verilib. Yaxın günlərdə bu haqda geniş və detallı araşdırma hazırlayıb mətbuatda ictimailəşdirəcəm. Məsələ təkcə Tovuzla da bitmir. Respublika səviyyəsində su təchizatı ilə bağlı çox maraqlı faktlar əldə etmişəm”.



Jurnalist bildirib ki, Tovuz şəhərinin bəzi yerlərinə suyun verilməməsi çoxsaylı problemlərə yol açır: “7 gündür ki, Tovuz şəhərində anamgilin evində qalıram. Bu istinin günündə hələ yuyuna bilməmişəm. Çünki su o qədər azdır ki, krana gəlib çatmır. Məcbur gedib qohum evində yuyunuram. Şəkildə gördüyünüz bizim hamamdır. Su qablarından ayaq qoymağa yer yoxdur. Çünki hamamdakı 500 litrlik çən 2 günə qurtarır, ona görə bu qabları da doldururlar. Digər şəkildə binamızın qabağında düzülmüş çənlərdir. Bir bu qədər də dama qoyulub. Kiminsə bir neçə günlük qonağı gələndə maşınla su gətizdirir. Hələ 13 il qabaq mən yerli televiziyada işləyəndə Zəyəmçaydan Tovuza su kəmərinin çəkilişi başa çatmaq üzrəydi. O xəttin şəhərin su ehtiyacını tam ödəycəyi deyilirdi. 13 ildə vəziyyət daha da pisləşib. XXI əsrdə belə biabırçılıq olmaz!”

Aydın
Cebhe.info




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az