t s

» » Bərdədə susuz qalan şəhid bulağı

Bərdədə susuz qalan şəhid bulağı

14-08-2019, 21:59 Yazar:  Firuzə Baxılıb: 59 Çap et
Bərdədə susuz qalan şəhid bulağı
Bərdə rayonunun Mirzəxan kəndində şəhid Müşfiq Musayevin adının verildiyi bulaq quruyub.

2015-ci ildə tikilib istifadəyə verilən bulağa bir neçə il su gəlib. İki ildən artıqdır ki bulağın suyu kəsilib. Bulaq ətrafında yaşayan 25 ailə susuz qalıb.

Şəhid anasının sözlərinə görə, kəndin müxtəlif yerlərində dörd bulaq inşa olunub, biri də şəhid Müşfiq Musayevin xatirəsinə ehtiram əlaməti olaraq ehsan bulağı adlandırılıb.

Kənd sakinləri isə bildirir ki, dörd bulaqdan heç birində su yoxdur. Bulaqlara gələn suyu bir neçə ailə öz həyətinə çəkib.

Məsələ ilə bağlı Mirzəxan bələdiyyəsinin sədri Əziz Şəmilovla telefon əlaqəsi saxladıq. Bələdiyyə sədri kənd sakinlərinin, xüsusilə də şəhid Müşfiqin ailəsinin haqlı olduğunu qeyd etdi:

“Problemin yaranmasına səbəb sakinlərin elektrik enerjisinin haqqını ödəyə bilməmələri olub. Kənddəki bulaqların qoyulması "AZKİL" şirkəti tərəfindən icra olunub. İndi həmin suyun öz axarı ilə çıxan su quyusuna qoşulması nəzərdə tutulsa da, digər sakinlər buna imkan vermir. Onlar quyuda suyun az olmasından şikayət edirlər.”Oxu.Az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
10:07 Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq - ETİRAZ «Təzadlar» qəzeti redaksiyasına Xəzər rayonunun Buzovna qəsəbə sakinləri- Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı və Zeynalova Azadə Xudaverdi qızı tərəfindən yazılmış və Azərbaycan ədliyyə naziri cənab Fikrət Məmmədova (surəti
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az