t s

» » Ramiz Yediyarov nədə ittiham olunur? – Detallar açıqlandı

Ramiz Yediyarov nədə ittiham olunur? – Detallar açıqlandı

14-08-2019, 14:08 Yazar:  Firuzə Baxılıb: 68 Çap et
Ramiz Yediyarov nədə ittiham olunur? – Detallar açıqlandı
dəbəyin sabiq icra başçısı Ramiz Yediyarovun məhkəmə prosesi qalqamallı keçə bilər.
“Yeni Sabah” xəbər verir ki, buna səbəb Ramiz Yediyarovun qanunsuz əməlləri ilə üzləşən sahibkarların zərərçəkən kimi tanınmalarına çalışmalarıdır.

Məlumat üçün deyək ki, Ramiz Yediyarov Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham edilir. Artıq istintaq yekunlaşıb və iş baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib. Cinayət işində Gədəbəy Rayon İcra Hakimiyyəti də zərərçəkən qismində tanınıb.

Məlumatda bildirilir ki, cinayət işində əsasən qanunsuz tikililər və pay torpaqların əhaliyə satılması araşdırılıb. Ramiz Yediyarovun dəfələrlər ictimailəşdirilən digər qanunsuz əməlləri isə araşdrımadan kənarda qalıb.

Bununla belə, həmin qanunsuzluqların qurbanı olan vətəndaşlar zərərçəkən kimi tanınmalarını və sabiq icra başçısının fəaliyyəti ilə geniş araşdırma aparılmasını istəyirlər.

Məsələn, Ramiz Yediyarov rayon sakinləri Oktay Qara oğlu Əliyevin, Oktay İbrahim oğlu Əliyevin, Əli Bahadur oğlu Abdullayevin və s. şəxslərin obyektlərini məhkəmə qərarı olmadan dağıtdırıb, Fəxrəddin Fərəməz oğlu Bağırovun obyektinin giriş qapısını bağlatdıraraq sahibkarlıq fəaliyyətini dayandırıb.

Vaqif Qara oğlu Səfərovun əmlakını zorla əlindən alıb. Bu şəxslərin hər biri bu gün də şikayətçi olduğu halda zərərçəkən kimi tanınmayıblar.

Bəzi iddialara görə, hələ istintaq dövründə bu məsələ gündəmə gəlib. Lakin bəzi zərəçəkənləri müstəntiqlərdən əvvəl keçmiş başçının yaxın adamı, Gədəbəy YAP-ın sədri Rüstəm Nağıyev çağırır, dindirir, sonra onu yaxın kafelərdə qərargah qurmuş Ramiz Yediyarovun yanına aparır, orada həmin zərərçəkəni tam zərərsizləşdirıb müstəntiqlərın yanına göndəriblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:19 İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib - FOTOLAR Sabiq vergilər naziri Fazil Məmmədovun Şəmkir rayonunda bütün gəlirli sahələrə əl qoyması haqda ötən saylarımızda dərc olunan reportajda ətraflı məlumat vermişdik. Şəmkirdəki durum belədir - gözünü yum və əlini hər hansı bir istiqamətə tuşla. Ətrafındakılar barmaqlarının Fazil Məmmədovun zavodu,
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan
22:28 İcra başçısının növbəti yalanı Ramiz Yediyarov artıq mövcud olmayan obyektin sökülməsinə dair məhkəmə qərarını necə alıb? Dünən ölkənin bəzi informasiya portallarında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun təşəbbüsü ilə iş adamı Oktay Əliyevə, onun qardaşı Surxay Əliyevə və “Bizim Dövr” qəzetinə qarşı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az