t s

» » APOEL-in baş məşqçisi: Qapını toxunulmaz saxlamaqla, istəyimizə nail olduq

APOEL-in baş məşqçisi: Qapını toxunulmaz saxlamaqla, istəyimizə nail olduq

14-08-2019, 08:06 Yazar:  Firuzə Baxılıb: 75 Çap et
APOEL-in baş məşqçisi: Qapını toxunulmaz saxlamaqla, istəyimizə nail olduq
Komanda olaraq, çıxışımızdan razı qaldım. Çətin oyun alındı. Qapıçımız ilk yarıda əla top çıxardı. Qapımızı toxunulmaz saxlamaqla istəyimizə nail olduq.

Mediaxeberleri.az
xəbər verir ki, bu sözləri APOEL klubunun baş məşqçisi Tomas Doll Bakıda “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşündən sonrakı mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis bildirib ki, penalti olmasaydı və ilk qolu vurmasaydılar belə, fərqlənmək imkanları yaranacaqdı. O, bunu ilk matçdan fərqli çıxış etmələri ilə əlaqələndirib: “Rəqibi bir az irəlidə qarşıladıq, yüksək motivasiya ilə çıxış etdik. Cəsur, ürəkli və sürətlə oynadıq. İlk oyunla müqayisədə nəyisə dəyişməyə nail olduq. İkinci hissənin ilk 15 dəqiqəsində çətinlik çəkdik. Bu bölümdə qapımızı toxunulmaz saxlayaraq, addım-addım istəyimizə çatdıq”.

Doll sələfi Paolo Trametsaninin rolunu da vurğulayıb: “Bura gələndə komandama dedim ki, mərhələ keçsək, Trametsaninin rolu böyük olacaq. Ona və daim bizimlə olan klub prezidentinə minnətdaram”.

Baş məşqçi qələbədə komandada özünəinam hissi yaratmalarının böyük rol oynadığını da vurğulayıb. O, ilk oyunla müqayisədə sistemi dəyişdirdiklərini bildirib. Təcrübəli mütəxəssis 4-3-3 sistemi ilə oyuna başladıqları halda, “Qarabağ”ın hücumları ilə əlaqədar ikinci hissənin əvvəllərində sistemi dəyişdirdiklərini və yalnız növbəti qoldan sonra 4-3-3-ə qayıtdıqlarını əlavə edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:19 "Qarabağ"a qalib gələ bilərik - Doll Faiz olaraq nə dərəcədə hazır olduğumuzu deyə bilmərəm, amma çox yaxşı komandamız var. Report-un məlumatına görə, bunları Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü haqda danışarkən
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az