t s

» » “Qırmızı körpü” sərhəd keçid məntəqəsindən Türkiyə sərhədinə qədər yolda gedilən vaxt iki dəfə azalacaq

“Qırmızı körpü” sərhəd keçid məntəqəsindən Türkiyə sərhədinə qədər yolda gedilən vaxt iki dəfə azalacaq

14-08-2019, 07:48 Yazar:  Firuzə Baxılıb: 81 Çap et
“Qırmızı körpü” sərhəd keçid məntəqəsindən Türkiyə sərhədinə qədər yolda gedilən vaxt iki dəfə azalacaq
Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” məntəqəsindən başlayaraq Gürcüstandan keçməklə Türkiyə ilə sərhəddəki “Sarpi” sərhəd keçid məntəqəsinə qədər olan avtomobil magistralının 200 kilometri artıq inşa olunub. Qalan 230 kilometr hissədə tikinti işləri davam edir.

Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini, Avtomobil Yolları Departamentinin rəhbəri İrakli Karselidze departamentin bu gün keçirilən hesabat yığıncağında məlumat verib.

O deyib ki, hazırda Şərq-Qərb avtomobil yolunun əsas tərkib hissəsini təşkil edən bu magistralda tikinti işləri qrafik üzrə davam edir.

Onun sözlərinə görə, hazırkı 460 kilometrlik məsafə 30 kilometr qısalaraq 430 kilometr olacaq. Hazırda bu yolun qət olunmasına sərf olunan 8 saat, gələcəkdə iki dəfə azalaraq 4-4,5 saat təşkil edəcək. Yolda hərəkət tam təhlükəsiz olacaq.

Qeyd edək ki, Şərq-Qərb avtomagistralı layihəsinin 2021-2022-ci illərdə başa çatdırılması nəzərdə tutulub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:37 Sərhəd kənddə hesabat yığıncağı keçirilib Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov: “Siz çox mərd və dəyərli insanlarsınız. Ona görə Siz hər cür diqqət və qayğıya layiqsiniz”. Mediaxeberleri.az xəbər verir ki, bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Quşçu Ayrım kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-ci
19:21 Məhərrəm Quliyev kəndin hesabat yığıncağında - FOTO Eynallı kəndinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib - Ağstafada Mediaxeberleri.az xəbər verir ki, hesabat yığıncağında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon İcra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə
18:35 Azərbaycandan Gürcüstan üzərindən Türkiyəyə avtomobillə gedilən vaxt iki dəfə azalacaq “Sınıq körpü” sərhəd-keçid məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” məntəqəsinə qədər olan yolu 4 saata qət etmək mümkün olacaq”. Bunu Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini, Yollar Departamentinin sədri İrakli Karseladze Marneulidə yerli sakinlərlə
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
15:22 Nazirin İşdən çıxardığı vergi işçiləri arasında nazirin, generalın, səfirin və icra başçısının qohumları da var —ŞOK TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, “Ölkə.Az”ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, sözügedən şəxslər keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə vergi ödəyicilərinə divan tutmağı ilə tanınır. Vergi ödəyicilərinin ən çox şikayətləndiyi bu şəxslərdən hələ də vəzifədə qalanı var. Yəqin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az