t s

» » Tərtərdə əkin sahəsindən avtomat darağı tapıldı

Tərtərdə əkin sahəsindən avtomat darağı tapıldı

13-08-2019, 16:56 Yazar:  Firuzə Baxılıb: 52 Çap et
Tərtərdə əkin sahəsindən avtomat darağı tapıldı Avqustun 13-də saat 12:08-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Bildirçinli kəndi ərazisində avtomat darağının tapılması barədə məlumat daxil olub. Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Mediaxeberleri.az xəbər verir ki, ANAMA-dan Unikal.org-a bildiriblər ki, Agentliyin mütəxəssisləri və Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə əkin sahəsinə birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində boş avtomat darağı aşkar olunub və Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Avtomat darağının ətrafında 100 kvadratmetr əraziyə yerüstü, 200 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:35 Tərtərdə bir ədəd partlamamış mərmi ANAMA tərəfindən zərərsizləşdirilib Avqustun 2-si saat 18:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 18:49-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Əskipara kəndi ərazisində 1 ədəd
11:20 Azərbaycanda evdə raket tapıldı Mayın 3-də saat 16:38-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən və saat 17:03-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Poylu qəsəbəsi
12:35 Astarada silah-sursat tapıldı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Astara rayonu, Qamışovka kəndi ərazisində 2 ədəd F-1 əl qumbarasının və tapançanın tapılması barədə məlumat daxil olub. ANAMA-dan Mediaxeberleri.az -a verilən
22:58 Qazaxda 1 top mərmisi və 6 mina tapıldı - FOTO Qazax rayonunda mina və partlamamış hərbi sursat tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Unikal.org-a verilən məlumata görə, martın 5-i saat 17:16-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonunun Ağköynək, Cəfərli və Aslanbəyli kəndləri ərazisində xeyli
17:35 Gizli kənd TAPILDI Fotoqraf Jordi Ruiz Cirera Boliviya'da yaşayan Mennonitlər'in gizli yaşamasını görüntülədi. Mennonitlər texnologiyadan imtina edən bir xalqdı. Kəndin xüsusi qaydaları var. Axtarışlara görə Mennonitlərin sayı 1,5 milyon-dur.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az