t s

» » Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susur

Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susur

13-08-2019, 08:59 Yazar:  Firuzə Baxılıb: 113 Çap et
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susur
Ermənistan mediası avqustun 12-də təmas xəttinin Füzuli istiqamətindən fərarilik edərək Azərbaycan tərəfə keçən erməni hərbçisi barədə bəzi məlumatlar yayıb.

2019-cu ilin yanvarında hərbi xidmətə çağırılan Araik Kazaryan Ermənistan vətəndaşıdır. 19 yaşlı əsgər Ermənistanın Vayotsdzor vilayətinin (işğal altındakı Kəlbəcər rayonu ilə həmsərhəd-red.) Yexeqis kəndindəndir. İşğal altındakı Qarabağda işgəncələrə dözməyib Azərbaycan əsgərlərinə könüllü təslim olan erməni əsgərin qardaşı da Ermənistan ordusunda xidmət keçir. Onun orduda müqaviləli xidmət keçdiyi bildirilir. A.Kazaryanın bir müddət əvvəl məzuniyyətdə olduğu bildirilir. Erməni tərəf iddia edir ki, onun yüksək əhval-ruhiyyəsi var imiş, heç nədən şikayətlənmirmiş. Orta məktəbdə yaxşı oxuyan Kazaryanın sonralar proqramlaşma işi ilə məşğul olduğu qeyd olunub. Tərxis olunandan sonra ali təhsil almaq niyətindəymiş.

Ermənistan tərəf əsgərin fərariliyi və Azərbaycan tərəfə keçməsi barədə Azərbaycan mətbuatından xəbər tutub. Maraqlıdır ki, hələlik əsgərin işgəncəyə məruz qalması və fərarilik etməsi haqda Ermənistan tərəfdən rəsmi açıqlama verilməyib. Görünür ermənilər hələlik bir bəhanə uydura bilmirlər.

Azərbaycanın işğal altındakı ərazilərdə xidmət keçənlərin dözülməz vəziyyətlə üz-üzə olması barədə çoxsaylı faktlar var və bunu ermənilər də etiraf edir. Üstəlik, Ermənistan vətəndaşının Qarabağda xidmət keçməsi işğalçının mahiyyətini növbəti dəfə ifşa edir. Hansı ki, erməni rəsmilər iddia edirdilər ki, Qarabağı “artsax əsgərləri qoruyur”. Kazaryanın döyüş postundan qaçması faktı göz önündədir.Musavat.com




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:53 Ağstafada gənclərin hərbi xidmətə yola salınması “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin
08:53 Tarixi həqiqətlər və erməni uydurmaları Hələ XVII əsrdən başlayaraq ermənilər xristian dini etiqadlarından istifadə edərək Avropa dövlətlərinin üzünü Şərqə çevirməyə çalışmış, onların köməyindən istifadə edərək müstəqil «Böyük Ermənistan» yaratmaq xülyasını reallaşdırmaq fikrinə düşmüşlər. Bu işdə ermənilərə daha çox «canıyananlıq
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az