t s

» » "Qarabağ" APOEL-ə qarşı - cavab görüşü bu gün saat 20.30-da Bakıda olacaq

"Qarabağ" APOEL-ə qarşı - cavab görüşü bu gün saat 20.30-da Bakıda olacaq

13-08-2019, 08:54 Yazar:  Firuzə Baxılıb: 61 Çap et
"Qarabağ" APOEL-ə qarşı - cavab görüşü bu gün saat 20.30-da Bakıda olacaq
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Qol.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da mərhələnin cavab oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edəcək.


Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə edib.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-offda PAOK – “Ayaks” cütünün qalibi ilə qarşılaşacaq. “Atlılar” APOEL-i mübarizədən kənarlaşıdırsa, pley-offa yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də təmin edəcək. Mərhələni APOEL-in keçəcəyi təqdirdə isə “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək.


13 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

20:30. "Qarabağ" (Azərbaycan) – APOEL (Kipr)

Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:05 “Qarabağ” – APOEL oyununun hakimləri bəlli oldu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - APOEL oyununun hakim təyinatları açıqlanıb. Mediaxeberleri.Az xəbər verir ki, qitənin ali futbol qurumu bu qarşılaşmanı Almaniyadan olan hakimlər briqdasına həvalə edib. Qarşılaşmanın baş hakimi 35 yaşlı Daniel
07:01 “Qarabağ”dan məhsuldar heç-heçə - YENİLƏNİB “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb. Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb. Azərbaycan çempionu 5-ci dəqiqədə erkən qola imza atsa da, sona qədər üstünlüyünü qoruya bilməyib.
18:30 UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazandı - FOTO Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idman zalında qadın voleybolçular arasında birinci Liqa Yarışlarına yekun vurulub. Mediaxeberleri.az xəbər verir ki, final görüşündə UNEC və “Azərreyl” komandaları qarşılaşıblar. Maraqla və həyəcanla izlənilən oyunda UNEC komandası 3:0 hesabı ilə
08:13 Çempionlar Liqası: "Real", "Yuventus", "Bavariya" və daha 4 komanda növbəti mərhələdə! - YENİLƏNİB Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Mediaxeberleri.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib. E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını
09:41 UEFA “Qarabağ”dan yazdı UEFA-nın rəsmi saytı Çempionlar Liqasının qrup mərhələsinin IV turu ərəfəsində “Qarabağ” – “Çelsi” oyunu haqqında yazı hazırlayıb. Mediaxeberleri.az “Apasport.az”a istinadən xəbər verir ki, yazıda iki komandanın buraqədərki çıxışları və matçın pərdəarxası məqamlarından bəhs olunub. Sözügedən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az