t s

» » Yol polisi “Təmiz hava” aylığı çərçivəsində reydləri davam etdirir

Yol polisi “Təmiz hava” aylığı çərçivəsində reydləri davam etdirir

13-08-2019, 08:32 Yazar:  Firuzə Baxılıb: 78 Çap et
Yol polisi “Təmiz hava” aylığı çərçivəsində reydləri davam etdirir
Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bütün stasionar postlarında “Təmiz hava” aylığı çərçivəsində reydlər keçirilir.

AZƏRTAC xəbər verir ki, Müşfiq, Saray və Qaradağ postlarında sürücülər arasında maarifləndirmə işinin aparılması və ətraf mühiti çirkləndirən, texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin aşkarlanması məqsədilə tədbirlər görülür. Yol Patrul Xidməti Alayının bütün stasionar postlarında tədbirlər ay ərzində davamlı olaraq keçirilir. Reyd zamanı texniki cəhətdən nasaz avtomobillərlə yük daşıyan, ətraf mühiti çirkləndirən avtomobillərə də rast gəlinib.

Qaradağ postunda saxlanılan “QAZ-31” markalı avtomobilin səsboğucusunun olmadığı aşkarlanıb. Polis əməkdaşları həmin sürücü barəsində tədbir görüb, ona törtədiyi əməlin təhlükəli tərəfləri izah olunub. Bildirilib ki, o, bununla ətraf mühitə ziyan vurur və avtomobili nasaz vəziyyətə salır. Bundan başqa, minik avtomobilinə vurduğu yük nəqliyyat vasitəsinin dayanıqlı olmasını pozur və əyləc sisteminə təsir edir. Bununla da o, kiçik bir manevr zamanı ağır qəza törədə bilər.

Saray postunda isə hər gün 15-20 sürücü barəsində tədbir görülür. Yol Patrul Xidməti Alayının 1-ci taqımının komandiri, mayor Ürfət Şükürov bildirib ki, hər gün 100-ə yaxın avtomobil saxlanılır və zəhərli qazların miqdarı yoxlanılır. Son vaxtlar normanı aşmayan, hətta normadan daha az zəhərli qaz ixrac edən nəqliyyat vasitələrinə rast gəlinir. Lakin normadan 2-3 dəfə çox zəhər ixrac edən nəqliyyat vasitələri də var ki, onların sürücülərinə dəfələrlə edilən xəbərdarlıqlar nəticə vermədiyi üçün yol polisi onları cərimələyir.

Müşfiq postunda keçirilən reyd zamanı texniki cəhətdən nasaz avtomobillər aşkarlanıb. Normaları aşmayan, avtomobilə vaxtında texniki qulluq göstərən sürücülərə də rast gəlinib. Yol polisi onlara təşəkkürünü bildirib, digər sürücülər arasında maarifləndirici söhbətlər aparmağa dəvət edib.

Yol polisinin təbliğat xarakterli tədbirləri avqustun sonunadək davam edəck. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, avtomobili texniki cəhətdən nasaz halda idarə etməsinlər, belə nəqliyyat vasitələri ilə uzaq yola çıxmaq olduqca təhlükələdir. Unutmaq olmaz ki, zəhərli qazların miqdarı çox olduqda bu elə ilk növbədə sürücünün özünə, ailə üzvlərinə ziyan vurur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:33 Yol polisi saxlayan zaman sürücülərin əzbər bilməli olduğu 10 bənd - Tural Yusifov yazır... Dövlət yol polisinin inspektoru sənin qanunu pozduğunu bildirir, sən isə əksini düşünürsən. Bu mübahisəni sonlandırmaq üçün mütləq ya kitaba baxmalısan, ya da internetdə axtarış etməlisən. Amma yaxşı olar ki, bir neçə maddəni əzbər biləsən. Nəzəri olaraq, sürücü YHQ-nin bütün maddələrini əzbər
09:44 DYP-dən yararsız avtomobillərlə yük daşıyanlara XƏBƏRDARLIQ Son günlər minik avtomobilləri ilə yükdaşıma fəaliyyəti göstərən və istismara yararsız nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən törədilən yol nəqliyyat hadisələri və digər xoşagəlməz hallar çoxalıb. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bəzi məqamları həmin nəqliyyat
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az