t s

» » Bölgələrdə qurbanlar kəsilib, şəhid ailələrinə və imkansız şəxslərə yardımlar edilib

Bölgələrdə qurbanlar kəsilib, şəhid ailələrinə və imkansız şəxslərə yardımlar edilib

13-08-2019, 08:17 Yazar:  Firuzə Baxılıb: 68 Çap et
Bölgələrdə qurbanlar kəsilib, şəhid ailələrinə və imkansız şəxslərə yardımlar edilib
Müqəddəs Qurban bayramı münasibətilə Ağstafa rayonunda mindən çox aztəminatlı ailəyə bayram sovqatı – qurban əti paylanılıb.

Mediaxeberleri.az
xəbər verir ki, rayon icra hakimiyyətinin, qəsəbə və kəndlərin yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri bayram münasibətilə şəhid və məcburi köçkün ailələrinə, əlil və kimsəsizlərə, xüsusi qayğıya ehtiyacı olan ahıl və tənha vətəndaşlara baş çəkib, qayğı və problemləri ilə maraqlanıb, gətirdikləri bayram sovqatı ilə onları sevindiriblər.

Vətəndaşlar onlara göstərilən qayğıya görə xeyirxah əməl sahiblərinə minnətdarlıqlarını bildiriblər.

Bölgələrdə qurbanlar kəsilib, şəhid ailələrinə və imkansız şəxslərə yardımlar edilib


Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da müqəddəs Qurban bayramı böyük ruh yüksəkliyi ilə qeyd olunub. Rayonda Qurban bayramı münasibətilə bayram namazı qılınıb, xütbələr oxunub, xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənib, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunub.

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şəhər və kəndlərində yaşayan şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə, aztəminatlı ailələrə, ümumilikdə 1300-ə yaxın ailəyə qurban payları verilib. Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən də 371 ünvanlı sosial yardım alan ailəyə bayram sovqatı paylanılıb.

Rayon rəhbərliyinin tapşırığına əsasən bu bayram günündə ömrünün ahıl çağlarını yaşayan uzunömürlü insanlar da yad edilib. Bayram münasibətilə aparatın məsul işçiləri rayonun Kəmərli, Aşağı Salahı, Daş Salahlı, Çaylı, Aslanbəyli kəndlərində onların evlərində qonaq olub, ən zəngin tarixi köklərə sahib olan Qurban bayramlarını təbrik ediblər. Rayon rəhbərliyinin səmimi salamlarını və bayram təbriklərini çatdırıblar.

Bölgələrdə qurbanlar kəsilib, şəhid ailələrinə və imkansız şəxslərə yardımlar edilib


Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə şəhid, Qarabağ, Çernobl əlilləri və aztəminatlı ailələr olmaqla 700 ailəyə qurban əti və bayram sovqatları paylanıldı. Bundan əlavə 97 saylı Goranboy - Ağdam – Tərtər seçki dairəsindən seçilmiş millət vəkili Ağalar Vəliyev tərəfindən də 420 ailəyə qurban əti paylanılmışdır. Ümumilikdə 1120 ailəyə qurban əti verilmişdir.

Goranboy Rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev müqəddəs Qurban bayramı münasibətilə aztəminatlı ailələri təbrik edib, onlara cansağlığı və uzun ömür arzulayıb. Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən sosial siyasətin əhalinin sosial müdafiəsinə, xüsusilə də aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırıb.
Bayram tədbiri çərçivəsində, icra başçısı çay süfrəsi arxasında rayonun ağsaqqalları və ziyalıları ilə görüşdü və söhbət etdi.
Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az